Accessibility links

Alimlər yeni insan növü tapıb


Alimlər yeni insan növü tapıb
please wait

No media source currently available

0:00 0:01:39 0:00

Alimlər keçmişimizi daha yaxşı araşdırmağa başladığı üçün, arexeoloji qazıntılarda daha çox insan növləri ortaya çıxır. 2000-ci illərin əvvəlində İndoneziyada Homo floresiensis adlı kiçik hominidlər tapılıb. Bu həftə isə bir arxeoloq Filippində mağarada bir başqa insan tipinin qalıqlarını tapdığını deyib.

Başqa insan əcdadlarımızın kəlləsinin yanında yerləşdirilən bu sümüklər insanlıq kitabına yeni fəsil əlavə edəcək yeni üç insanın qalıqlarıdır.

Bu insan burada ölməyib, su onu bu mağaraya gətirib. Onlar mağaradan istifadə etməyib. Onlar mağaranın ətrafında gəzib və böyük ehtimalla elə orada ölüblər. Amma vaxtaşırı bütün sümüklər yuyularaq mağaraya gəlib çıxıb.
Armand Mihares

Arxeoloq Armand Mihares bu sümükləri kiçik Filippin adasında bir mağarada tapıb və onların 50-67 min öncəyə aid olduğunu deyir.

Mihares ayaq sümüklərindən tutmuş, bud sümüyü və bir neçə dişdən ibarət kolleksiyanı tədqiq edərək belə bir nəticəyə gəlib ki, bu sümüklər sadəcə qədim insan sümükləri deyil, bu sümüklər yeni insan növünə aiddir.

“2010-da biz bunun kiçik bədənli Homo Sapien olduğunu deyərdik, 2011-də daha çox sümük əldə etdik və 2015-də artıq kifayət qədər böyük kollkesiyamız var idi və məncə bu diaqnostika üçün yetərlidir. Elementlər bizim bunun yeni növ olduğunu deməyimizə əsas gətirəcək qədər yaxşıdır”, Mihares söyləyib.

Bu insan balaca olub. Onun elmi adı Homo luzonensisdir və regionun yerli əhalisinə aid olsa da, Mihares onun mağarada ölmədiyini deyir.

Homo luzonensis-ə aid sümüklər
Homo luzonensis-ə aid sümüklər

“Bu insan burada ölməyib, su onu bu mağaraya gətirib. Onlar mağaradan istifadə etməyib. Onlar mağaranın ətrafında gəzib və böyük ehtimalla elə orada ölüblər. Amma vaxtaşırı bütün sümüklər yuyularaq mağaraya gəlib çıxıb”, Mihares deyib.

Mihares bu növlərə daha sonra nə olduğunu bilmir, amma deyir ki, mümkündür daha böyük və güclü insanların gəlişi ilə onların nəsli tükənib.

XS
SM
MD
LG