Accessibility links

Alimlər körpələrin beyninin inkişafının yeni mərhələsini aşkar ediblər [Video]


Alimlər körpələrin beyninin inkişafının yeni mərhələsini aşkar ediblər
please wait

No media source currently available

0:00 0:01:27 0:00

Alimlər körpələrin beyninin inkişafının yeni mərhələsini aşkar ediblər

Alimlər yeni doğulan körpələrdə beynin inkişafının daha öncə bilinməyən mərhələsini aşkar ediblər. Bu araşdırma insanların düşünmə prosesi ilə bağlı sualları cavablandırmağa və nevroloji xəstəliklərlə bağlı yeni məlumatlar əldə etməyə yardım edə bilər.

İnsan beyni
İnsan beyni

Körpə Qreys 2 həftəlikdir. Alimlər düşünürdü ki, əksər körpələrin beyin sistemləri onlar dünyaya gəlmədən öncə inkişaf edir. Amma yeni araşdırma bu sistemin hətta körpə doğulandan aylar sonra da inkişaf etməyə davam etdiyini göstərir. San Fransiskoda yerləşən Kaliforniya Universitetinin alimləri beyində dərin bir yerdə formalaşan xırda neyronların beynin önündə mövcud olan və şəxsiyyətin inkişaf etdirilməsində rol oynayan prefrontal korteksə keçdiklərini aşkar ediblər.

Bu, isə körpələrin beyinlərinin necə öyrənib, dəyişdiyi ilə bağlı yeni məlumatlara yol aça bilər.

“Bunun rüşeymin içində baş verməsi heyranedicidir. Bu, daha böyük və mürəkkəb beyinin içərisində baş verir. Bu hüceyrələr doğulduqları yerdən beyin sistemi ilə birləşəcəkləri yerə keçmək üçün uzun yol qət edirlər,” deyə nevroloji cərrahiyə professoru Arturo Alvarez-Buyla bildirir.

Biz beynin inkişafı barədə çox sayda məlumat əldə etmişik, amma bu, bizim beynin necə işlədiyi və inkişaf etdiyi ilə bağlı öyrənməli olduğumuz məlumatın cüzi bir hissəsidir. Bizim sürətllə irəliləyiş əldə etməmiz çox gözəldir, amma qarşıda bizi hələ uzun yol gözləyir.

Prefrontal korteksdəki bu sistemlərin autizm və şizofreniya kimi nevroloji xəstəliklərlə əlaqəsi olduğu güman edilir.

“Biz beynin inkişafı barədə çox sayda məlumat əldə etmişik, amma bu, bizim beynin necə işlədiyi və inkişaf etdiyi ilə bağlı öyrənməli olduğumuz məlumatın cüzi bir hissəsidir. Bizim sürətllə irəliləyiş əldə etməmiz çox gözəldir, amma qarşıda bizi hələ uzun yol gözləyir".

Körpə Qreys yatdığı zaman, onun beyni mürəkkəb mühakimə, qavrayış və intuisiya qabiliyyətlərini formalaşdırmaqda davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG