Accessibility links

Miyanalı Əlirza: Məhəmmət Hüseyn Mübəyyin demokrat bir insan idi [Audio-Müsahibə]


Bu yaxınlarda Kanadanın Vankuver şəhərində bir neçə həftə öncə Təbrizdə vəfat etmiş “İran cüzamlılarının atası” kimi tanınan məşhur alim Məhəmməd Hüseyn Mübəyyinin anım mərasimi təşkil ediləcək. Bu münasibətlə mərhum Mübəyyini yaxından tanıyan və ədəbiyyat sahəsində onunla birgə layihələrdə iştirak edən Vankuverdə yaşayan şair Miyanalı Əlirza Amerikanın Səsinə müsahibə verib.

please wait

No media source currently available

0:00 0:22:08 0:00

İranda cüzam xəstəliyinin aradan qaldırılmasında önəmli layihələr həyata keçirən və “İran cüzamlılarının atası” kimi tanınan Məhəmməd Hüseyn Mübəyyin tibb sahəsi, eləcə də türk dilində bir çox ədəbiyyat və şeir kitablarının müəllifi olub.

Miyanalı Əlirza
Miyanalı Əlirza

Miyanalı Əlirza məşhur alimin xüsusilə Azərbaycan əhalisinə xidmətləri və köməksevər bir həkim olduğuna dair xatirələr anladıb.

Məşhur həkim “Qanlı Çiçəklər”, “Aşıqlar”, “Qapımız açılır günəşə sarı” və uşaqlar üçün yazdığı “Açıl çətrim, açıl”, “Gəl baharım, gəl” və “Quş Yuvası” kimi şeir və ədəbiyyat kitablarının da müəllifi olub. O, türk dilində nəşr etdiyi əsərlərində “Şimşək” təxəllüsündən istifadə edib.

Tanınmış alimin ədəbiyyat sahəsində yaradıcılıq və fəaliyyətlərini dəyərləndirən Əlirza Miyanalı onun türk dili və mədəniyyətinin qorunmasına yüksək önəm verib və bu yolda cəhdlər göstərdiyini ifadə edib.

Vankuverdə yaşayan şairin dediklərinə görə, Məhəmməd Hüseyn Mübəyyin İran hakimiyyətinin basqılarına baxmayaraq türk dili və mədəniyyətini qorumaq adına Azərbaycan şəhərlərində təşkil olunan cəmiyyətlərə qatılıb və onları himayə edib.

Mərhum Mübəyyin uzun illər boyu Təbrizin Baba Bağı kəndində yerləşən cüzamlılar evinin məsulu olaraq fəaliyyət göstərib. O, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının təhsil qrantı ilə Avropa və Afrika ölkələrində cüzam və digər dəri xəstəliklərlə bağlı təhsil və tədqiqatla məşğul olub.

XS
SM
MD
LG