Accessibility links

İlham Əliyev: Azərbaycanda siyasi məhbus yoxdur! [Video]


Press Point with NATO Secretary General, Mr. Anders Fogh Rasmussen (right) and The President of Azerbaijan, Mr. Ilham Heydar oglu Aliyev (left)
Press Point with NATO Secretary General, Mr. Anders Fogh Rasmussen (right) and The President of Azerbaijan, Mr. Ilham Heydar oglu Aliyev (left)

Azərbaycan prezidenti Azadlıq Radiosunun sualını cavablandırdı

Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə səfərdədir. O bu gün NATO baş katibi Foq Rasmussenlə görüşüb. Görüşünü yekunu olaraq NATO baş katibi və Azərbaycan prezidenti brifinq keçirib.

Rasmussen bildirib ki, tərəflər gələcək əməkdaşlıq məsələlərini, xüsusən Əfqanıstan hökumətinə dövlət orqanlarını formalaşdırmaqda köməklik göstərilməsində Azərbaycanın iştirakını müzakirə ediblər.

Həmçinin terrorizmə qarşı mübarizə və regional məsələlər müzakirə olunub. Demokratiya məsələləri də dialoqumuzun tərkib hissəsidir, deyə Rasmussen qeyd edib.

Öz növbəsində, Əliyev bildirib ki, NATO ilə münasibətlər Azərbaycan üçün strateji xarakter daşıyır və Bakı gələcəkdə də onları möhkəmləndirmək və inkişaf etdirmək niyyətindədir.

Azərbaycan Əfqanıstana köməyi davam etdirəcək və ölkənin silahlı qüvvələrinin ehtiyacları üçün 1 mln. avro ayırır, deyə o bildirib.

Regional problemlərə toxunan Əliyev Qarabağ münaqişəsinin sülh və sabitliyə əsas təhlükə adlandırıb. Xüsusən, bu amil böyük regional infrastruktur layihələri, məsələn Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş TAP qaz kəməri üçün təhlükədir.

“Azadlıq radiosu”nun jurnalistinin Anar Məmmədli və bir çox başqalarının işləri nəzərə alınmaqla, Azərbaycanda siyasi məhbusların olub-olmaması haqqında sualına cavabda İlham Əliyev deyib: “Bəli, təsdiq edirəm ki, bir il əvvəl də olduğu kimi, Azərbaycanda siyasi məhbus yoxdur və bu, AŞPA-nın 2012-ci il yanvar sessiyasında da bəzi qüvvələrin hazırladığı qətnamənin uğursuzluğu ilə təsdiqini tapıb. Bundan başqa, “siyasi məhbus” tərifi yoxdur, qoy əvvəlcə bu tərifi formalaşdırsınlar, ondan sonra kimin siyasi məhbus olduğu aydın olacaq. Bundan əlavə, Avropa Şurasının üzvü olan ölkədə siyasi məhbuslar olduğunu necə demək olar, bu mümkün deyil”, deyə Əliyev bildirib.

XS
SM
MD
LG