Accessibility links

Alkoqol hər il dünyada 3 milyon insanın ölümünə səbəb olur


Alkoqol hər il dünyada 3 milyon insanın ölümünə səbəb olur. Bu, QİSÇ, zorakılıqlar və yol hərəkətı qəzalarının birlikdə səbəb olduğu ölüm hallarından daha çoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında kişilərin daha artıq risk altında olduğu bildirilir.

BMT-nin səhiyyə təşkilatı deyir ki, hər 20 ölənin 1-i spirtli içkilərin təsiri ilə həyatını itirir. Bunlara sərxoş halda maşın idarə edilməsi, içkili vəziyyətdə dava və bir sıra xəstəliklər daxildir.

500 səhifədən çox hesabatda deyilir ki, alkoqolla bağlı ölüm hallarının 4-də 3-ü kişilərin payına düşür.

İçmək sirroz və bəzi xərçəng növləri də daxil edilməklə, 200-dən artıq xəstəliyə yol açır.

Alkoqoldan hədsiz istifadə vərəm, və pnevmaniya kimi xəstəliklərlə də müşayiət edilir.

Təkcə 2016-cı ildə 3 milyon insan bu səbəbdən dünyasını dəyişib. Bu isə həmin il ərzində ölənlərin 5.3 faizi deməkdir.

Dünyada 237 milyon kişi və 46 milyon qadın alkoqolizmdən əziyyət çəkir.

Avropada alkoqolizm təsiri altında 15 faiz kişi və 3.5 faiz qadın qeydə alınıb.

Amerikada isə kişilərin 11.5, qadınların isə 5.1 faizi içkiyə aludədir.

XS
SM
MD
LG