Accessibility links

Allahşükür Paşazadə: Müvafiq qaydada dəfn üçün imkan yaranmasını istərdik


Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda məscidlərin açılması və müvafiq qaydada dəfn üçün imkan yaranması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahla müzakirələr aparır.

Bu barədə bu gün, mayın 13-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

QMİ sədrinin fikrincə, məscidlərin açılması həm də insanların özlərindən asılıdır.

"Biz Operativ Qərargahın qaydalarına düzgün riayət etsək, yəqin ki, məscidlərdə ibadətlərimiz də bərpa olunacaq.”

Onun sözlərinə görə, pandemiya dövründə müsəlman din xadimləri internet vasitəsilə dindarlara şəriət məsələlərini çatdırıb, dini təbliğat davam edib.

“Ancaq bu gün evlənmək istəyən toy mərasimi təşkil edə bilmir. Biz bu gün ata-anamızı istədiyimiz kimi mərasimlə dəfn edə bilmirik. Əlbəttə, mən ehsanların tərəfdarı deyiləm. Amma müvafiq qaydada dəfn üçün imkan yaranmasını istərdik. Dövr, həyat bizə məhdudiyyətlər qoyub. Biz nə qədər Operativ Qərargahın qaydalarına riayət etsək, o qədər də tez məscidlər, məbədlər açılacaq, toylar olacaq," Paşazadə qeyd edib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Xüsuai karantin dövründə kütləvi tədbirlərin, o cümlədən toy və yas mərasimlərinin keçirilməsi qadağandır.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG