Accessibility links

Rusiya prezidenti Qafqaz Müsəlmanları İdarəsinin sədrini diplomla təltif edib


Allahşükür Paşazdə və Vladimir Doroxin
Allahşükür Paşazdə və Vladimir Doroxin

Rusiya prezidenti Vladimir Putin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin diplomla təltif edib.

Mayın 29-da Qafqaz Müsəlmanları İdarəsində diplomun təqdim edilməsi ilə bağlı toplantı keçirilib.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin prezident Vladimir Putinin A.Paşazadəyə təşəkkür etdiyinə də diqqətə çatdırıb.

Onun sözlərinə görə, Rusiya prezidenti konfessiyalararası fəaliyyət sahəsində “xüsusi xidmətləri”nə görə Paşazadəyə təşəkkür də edib. Səfir A.Paşazadənin Rusiyanın bütün ordenlərilə təltif edildiyini xatırladıb, bundan sonra da təltif olunacağının anonsunu verib.

“Azərbaycanda tolerant mühitin yaradılmasında da A.Paşazadənin mühüm rolu var”.

QMİ sədri indiyədək xarici ölkələrin 16 ordenini aldığını deyib.

“Bu sırada Rusiyadan aldığım mükafatlar daha qiymətlidir”, o qeyd edib.

O Azərbaycan və Rusiya arasında əlaqələrin yüksək dərəcədə inkişaf etdiyini vurğulayıb. Daha sonra QMİ sədri müstəqillikdən sonra bəzi sovet ölkələrinin Rusiyadan üz çevirdiyini, amma Azərbaycanın münasibətləri yaxşı səviyyədə saxlamasına diqqət çəkib. Rus Pravoslav Kilsəsinin (RPK) ilk yeparxiyanı Bakıda açmasını A.Paşazadə bu münasibətlərin göstəricisi kimi dəyərləndirib.

Rusiya ilə Azərbaycan arasında bəzi narazılıqlara gəlincə, A.Paşazadəyə görə, bu, hər iki dövləti “gözü götürməyən” qüvvələrin işidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG