Accessibility links

Rusiya Hələbi "terrorçulardan" təmizləyəcəyinə vəd verib


Rusiya Hələb şəhəri terrorçulardan təmizlənməyənədək Suriya qüvvələrinə dəstəyini davam etdirəcəyini vəd edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov bu şərhi türk həmkarı Mevlut Çavuşoğlu ilə görüşündən sonra verib. Çavuşoğlu hər iki diplomatın Suriyada atəşkəs əldə edilməsinin vacibliyi məsələsində eyni fikirdə olduqlarını bildirib.

Suriya bu və digər regionlardakı müxalif döyüşçüləri terrorçu adlandırır.

Rusiya və Türkiyə münaqişədə fərqli tərəfləri dəstəkləyir. Rusiya Suriya prezidenti Bəşar Əl-Əsədin yaxın müttəfiqidir. Türkiyə isə beş ildən çox müddətdir onu hakimiyyətdən devirməyə çalışan üsyançıları dəstəkləyir.

Suriyanın Rusiyanın hava hücumları ilə müşayiət olunan Hələbdə keçirdiyi hərbi kampaniyası şəhərin şərq hissəsində, üsyançıların nəzarətində olan ərazidə mülkü vətəndaşların təhlükəsizliyinə dair beynəlxalq narahatlıq yaradıb.

BMT-nin humanitar məsələlər üzrə rəhbəri Stefen Obrien qüdrətli ölkələri mülkü vətəndaşları müdafiə etməyə və bir zamanlar ölkənin ən böyük şəhəri olan Hələbin böyük qəbiristanlığa çevrilməsinin qarşısını almağa çağırıb.

Obrien Təhlükəsizlik Şurasının növbədənkənar görüşündə bildirib ki, şənbə günündən bəri Hələbin şərqində üsyançıların nəzarətində olan rayonlardan 25 min insan qaçmağa vadar olub və bu rəqəm hər saat, hər gün dəyişir.

XS
SM
MD
LG