Accessibility links

Almaniya qaçqınları deportasiya edib


Almaniya sığınacaq verməkdən imtina etdiyi ilk 50 qaçqını deportasiya edib. Ölkədən qovulan miqrantların əksəriyyəti əfqandır. Onların müraciəti kansler Angela Merkelin basqısı ilə rədd edilib.

Qaçqınların müdafiəçilərinin dediyinə görə onların göndərildiyi Frankfurt hava limanına yüzlərlə adam toplanıb, deportasiyaya etirazlarını bildiriblər.

Keçən il Almaniya çoxu Əfqanıstan, Suriya və İraqdan olan 890 min miqrantı qəbul edib.

Suriyadan gələnlər vətəndaş müharibəsindən qaçdıqlarından onların müraciətlərinə daha tez cavab verilir. Balkanlardan gələn və yoxsulluqdan qurtarmaq istəyən miqrantların cavabları yubadılır. Əfqanlar isə Almaniyanın bəzi regionlarında təhlükəli hesab edildiyindən onlara münasibət fərqlidir.

Müraciətləri rədd edilən əfqanlar öz xoşlarıyla qayıtmaq istəmədiyindən Berlin Kabillə onların deportasiyası haqda razılaşma əldə edib.

İndiyə qədər Almaniyadan 68 əfqan deportasiya edilib. 12 min 500 əfqana ölkədən çıxmaq barədə göstəriş verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG