Accessibility links

Almaniyanın səhiyyə rəsmiləri virusun ölkədə "misilsiz" sürətlə yayıldığını bildirir


Almaniyanın səhiyyə rəsmiləri cümə günü ölkədə koronavirusa yoluxmaların “eksponent olaraq” artdığını və bunun hökuməti COVID-19 məhdudiyyətlərini ləğv edib etməməyi yenidən nəzərdən keçirməyə vadar etdiyini bildirib.

Berlində keçirilən mətbuat konfransında Robert Kox Yoluxucu Xəst'liklər İnstitutunun vitse-prezidenti Lars Şaade jurnalistlərə bildirib ki, koronavirusun son dərəcə yoluxucu olan variantları ölkədə üstünlük təşkil edir və bu, keçən ay pandemiya ilə mübarizədə əldə olunan irəliləyişi yox edir.

Şaade ölkənin səhiyyə naziri Yans Spahnla birlikdə çıxış edərək bildirib ki, son 24 saat ərzində Almaniyada 17,487 yeni yoluxma və 226 ölüm halı aşkarlanıb. Baxmayaraq ki, ölkə keçən ay karantin tədbirləri tətbiq edib indi yeddi gün ərzində hər 100 min insandan 96-sı virusa yoluxub. O həmçinin yoluxmaların daha çox gənclər arasında müşahidə edildiyini deyərək qeyd edib ki, "Yoluxmalar açıq şəkildə 60 yaşdan aşağı əsasən də 15-49 yaş arasındakı qrupda artıb".

Spahn jurnalistlərə verdiyi açıqlamada deyib ki, bu göstəricilər ölkəni yenidən açmaq barədə planların təxirə salınmalı olduğunu göstərir.

Bu ayın əvvəlində Almaniyanın Baş naziri Angela Merkel COVID-19 məhdudiyyətlərini tədricən ləğv etmək planlarını açıqladığı zaman, o və regional liderlər yeddi günlük yoluxmaların 100-ü keçdiyi bölgələrdə yeni məhdudiyyətlər tətbiq etmək barədə razılığa gəldiklərini bildirib. Artıq iki bölgə göstərilən rəqəmlər səviyyəsinə çatıb.

Digər tərəfdən isə Spahn əlavə edib ki, o, Rusiya ilə Sputnik V peyvəndinin alınması üçün danışıqlar aparır və razılaşma tezliklə əldə oluna bilər.

O bildirib ki, hökümət ruslarla sıx təmasdadır, "Və mən təxmin edirəm ki, müqavilələr bağlanacaq və tezliklə prosses bitəcək". Bununla birlikdə o bildirib ki, Almaniya nə qədər doza ala biləcəyi və peyvəndlərin çatdırlma vaxı ilə bağlı daha çox detala ehtiyac duyur. Peyvənd hələ ki, Almaniya və ya Avropa tənzimləyiciləri tərəfindən təsdiqlənməyib.

XS
SM
MD
LG