Accessibility links

Almaniya və ABŞ rəsmiləri kəşfiyyat qalmaqalını müzakirə edəcək


Almaniyanın xarici işlər naziri bildirib ki, o, iki gün sonra Vyanada ABŞ dövlət katibi Con Kerri ilə görüşü zamanı ABŞ kəşfiyyat zabitinin Berlindən qovulması məsələsini müzakirə edəcək.

Fran-Valter Steinmeir Berlində jurnalistlərlə görüşü zamanı bu barədə açıqlama verib. Cümə axşamı Almaniya rəsmiləri Vaşinqtonun məxfi sənədləri əldə etmək üçün işə götürdüyü alman əməliyyatçıları haqda iddialara görə kəşfiyyat zabitini ölkədən uzaqlaşdırıb.

Steinmeir bildirib ki, o, Kerriyə Almaniyanın ABŞ-la əlaqələri qarşılıqlı etimad şəraitində davam etdirmək istədiyini deyəcək. O, həmçinin Almaniyanın qərarını müvafiq addım kimi qiymətləndirib.

Kerri və Steinmeir Vyanada P5+1 ölkələrindən olan digər həmkarları ilə İranın nüvə proqramıı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə müzakirə edəcək.

XS
SM
MD
LG