Accessibility links

Almaniyanın Halle şəhərində atışma zamanı 2 nəfər ölüb


Çərşənbə günü Almaniyanın şərqi Halle şəhərində baş verən atışma zamanı 2 nəfərin öldüyü və polisin hadisə yerindən qaçan şübhəliləri axtardığı bildirilib.

Daily Bild internet saytının məlumatına görə, atışma şəhərdəki sinaqoqun qarşısında baş verib. İnternet saytında bir yəhudi qəbiristanlığına da əl qumbarası atıldığı bildirilib.

"İlkin məlumata görə, Halle şəhərində 2 nəfər ölüb. Silahdan bir neçə atəş açılıb və hadisə yerindən qaçan şübhəlilər axtarılır. Vətəndaşlardan evlərində qalmalarını xahiş edirik! - deyə, yerli polis Twitter səhifəsində bildirib.

Hadisə Yom Kipur günü, yəhudilərin 24 saat ibadət etdiyi müqəddəs gün baş verib.

Halle şəhərinin əsas dəmir yol vağzalının bağlandığı bildirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG