Accessibility links

Berlində maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində bir nəfər ölüb


Berlin polisi maşının partlaması nəticəsində bir nəfərin öldüyünü bildirir.

Şəhər polisinin sözçüsü Maykl MerklE Reuters xəbər agentliyinə partlayışın çərşənbə günü səhər radələrində baş verdiyini deyib.

Merkle polisin hələ də hadisə yerində partlayışın baş vermə səbəblərini araşdırdığını bildirib. O, cinayət müstəntiqlərinin də hadisə yerində olduğunu deyib.

Müstəntiqlər Associated Press xəbər adentliyinə ölən çəxsin kimliyini müəyyən etməyə çalışdıqlarını və hadisə zamanı başqa heç kəsin xəsarət almadığını bildirib. Ekspertlər maşını yoxlasalar da, başqa parltayıcı qurğular aşkar etməyiblər.

Son illərdə şəhər narkotik alveri ilə məşğul olan bayker qanqsterlərinin həyata keçirdiyi zorakılqlara səhnə olub, lakin polis baş vermiş cinayətlə bağlı mülahizələr irəli sürmək istəmir. Onlar mümkün bütün ssenarilərin nəzərdən keçirildiyini bildirib.


Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın keçmiş prezidenti ölkəsinə qayıdıb
please wait

No media source currently available

0:00 0:11:42 0:00
XS
SM
MD
LG