Accessibility links

Almaniya Hörmüz boğazında nəqliyyatı qorumaq missiyasına qoşulmağı rədd edib


Almaniya ABŞ-ın Hörmüz boğazında nəqliyyatı qorumaq üçün beynəlxalq missiyaya qoşulmaq çağırışını rədd edib.

Birləşmiş Ştlatlar Almaniyanı boğazda yükdaşımanı qorumaq üçün nəzərdə tutulan missiyaya qoşulmağa çağırıb. Dünyanın xam neftinin ən azı beşdə biri bu boğaz vasitəsilə nəql edilir.

Son həftələrdə Yaxın Şərqdə gərginlik artıb. Belə ki, Birləşmiş Ştatlar və İran boğaz yaxınlığında bir-birilərinin dronlarını vurub.

Bundan əlavə Britaniya Cəbəllütariq yaxınlğında Suriyaya neft daşıdığını güman etdiyi İran takerini ələ keçirib.

İranın İnqilab Keşikçiləri Korpusu buna cavab olaraq boğazda Britaniyanın bayrağı altında idarə olunan Stena Impera tankerini ələ keçirib. Britaniya ötən həftə Avropanın başçılığı ilə dəniz təşəbbüsünün başladılmasına çağırıb, lakin Vaşinqton missiyaya ABŞ-ın başçılıq etməsində israr edir.

Avropa liderləri ABŞ-ın başçılıq etdiyi missiyanı dəstəkləməyə istəksizdir, çünki bu, regionda gərginlikləri artıra bilər.

Prezident Donald Tramp Birləşmiş Ştatları İranla əldə olunan beynəlxalq razılıqdan geri çəkəndən və İslam dövlətinə yeni sanksiyalar tətbiq edəndən sonra Tehran və Vaşinqton arasında gərginlik artıb.

XS
SM
MD
LG