Accessibility links

Almaniya zooparkında yanğın 30-dan çox heyvanın ölümünə səbəb olub


Rəsmilərin bildirdiyinə görə, 2020-ci ilin ilk dəqiqələrində Almaniyanın qərbindəki heyvanxanada baş verən yanğın meymunlar, yarasalar və quşlar da daxil olmaqla, 30-dan çox heyvanın ölümünə səbəb olub. Polis yanğına Yeni İli şənlikləri zamanı havaya buraxılan Çin fənərlərinin səbəb ola bildiyini deyib.

Şəhərin cinayət polisi idarəsinin rəisi Gerd Hoppman müxbirlərə deyib ki, bir neçə şahid çərşənbə günü gecə yarısından az müddət sonra Krefeld heyvanxanası yaxınlığında səmada içərisində atəş olan silindrik kağız fənərlərinin uçduğunu görüb.

"İnsanlar heyvanxananın yaxınlığında aşağı hündürlükdə uçan Çin fənərlərini gördüklərini deyib və yanğın bundan sonra başlayıb" deyə, o bildirib.

Polis və xilasetmə dəstələri yanğın barədə məlumatı gecə saat 12:38-də alıb.

Hollandiya sərhədi yaxınlığındakı heyvanxanada meymunların saxlandığı bütün ərazinin yandığı və 5 oranqutan, 2 qorilla, şimpanze və bir neçə digər meymun, eləcə də yarasalar və quşlar olmaqla, 30-dan çox heyvanın öldüyü bildirilib.

Şərhlərə bax

XS
SM
MD
LG