Accessibility links

Almaniya kansleri Angela Merkel iyulun 15-də Vaşinqtona səfər edəcək


Angela Merkel

ABŞ Prezidenti Co Bayden iyulun 15-də Vaşinqtonda Almaniya kansleri Angela Merkellə görüşəcək. Bu, Merkelin Avropanın ən böyük iqtisadiyyatına 16 il başçılıq edəndən sonra ABŞ-a son rəsmi səfəri olacaq.

Səfərlə bağlı cümə günü İngiltərədə Böyük Yeddilərin sammitinin ilk günündə açıqlama verilib. Bayden vəzifəsinin icrasına başlayandan bəri Yaponiya və Cənubi Koreyanın liderlərinə ev sahibliyi edib.

Ağ Evin mətbuat katibi Cen Psaki deyib ki, Bayden və Merkel “bir sıra ortaq məsələlər, o cümlədən COVID-19 pandemiyasına son qoymaq, iqlim dəyişikliyi ilə mübarizə, iqtisadi rifahı təşviq etmək və ortaq demokratik dəyərlərimizə əsaslanan beynəlxalq təhlükəsizlik üzərində yaxın əməkdaşlıq etmək öhdəliyini müzakirə edəcəklər.”

Rusiya qazını Avropaya daşıyan 11 milyard dollarlıq Nord Stream 2 boru kəməri ilə bağlı qarşıdurma Berlin və Vaşinqtonun ABŞ Prezidenti Donald Trampdan sonra münasibətləri bərpa etmək niyyətində olduğu bir vaxt iki ölkə arasında gərginliyə səbəb olub.

Birləşmiş Ştatlar ötən ay boru kəmərini inşa edən Rusiya dövlətinə məxsus Qazprom şirkətinə tətbiq olunan sanksiyaları aradan qaldıraraq Berlin və Vaşinqtona mübahisəni həll etməyə üç ay vaxt verib.

Bu, mümkündür ki, Merkelin Birləşmiş Ştatlara son səfəri olacaq, çünki o, mənsub olduğu Xristian Demokratlar partiyasının sentyabrda keçiriləcək ümummilli seçkidə əldə edəcəyi nəticələrdən asılı olmayaraq seçkidən sonra vəzifədən getməyi planlaşdırır.

Səfər Avropa və Birləşmiş Ştatların iyulun 10-a Airbus və Boeing-ə dövlət subsidiyaları üzərinə 17 ildir davam edən mübahisəni həll etmək üçün təyin olunan son möhlət tarixindən bir neçə gün sonraya təsadüf edəcək.

ABŞ və Avropa İttifaqı rəsmiləri hazırda dayandırılan sanksiyalar iyulun 11-də qüvvəyə minmədən öncə razılıq əldə etmək niyyətindədirlər.

Berlində yerləşən Aspen İnstitutunun icraçı direktoru Stormi- Annika Mildner deyib ki, iki lider böyük ehtimalla diqqəti ortaq maraqlara, o cümlədən koronavirus pandemiyası və iqlim dəyişikliyinə qarşı mübarizəyə, habelə rəqəmsallaşma və ticarətə yönəldəcəklər.

Onun dediyinə görə, Çin və Vaşinqtonun dəstəklədiyi, Berlinin isə qarşı çıxdığı Ümumdünya Ticarət Təşkilatında əqli mülkiyyət hüquqlarının aradan qaldırılması təklifi də gündəmdə olacaq.

Səfər transatlantik və Almaniya-ABŞ əməkdaşlığının vacibliyini vurğulayacaq.

XS
SM
MD
LG