Accessibility links

Almaniya Keniyada 6 milyon maskanın yoxa çıxdığını bildirir


Almaniya gömrük rəsmiləri tibb işçiləri üçün koronavirusdan qorunmaq məqsədilə sifariş olunmuş Keniyadakı hava limanında yoxa çıxdığı bildirilən 6 milyona yaxın maskanı tapmağa çalışır.

“Rəsmilər nə baş verdiyini öyrənməyə çalışır" - deyə, Almaniya Müdafiə Nazirliyinin sözçüsü ilk dəfə Spiegel Online-da açıqlanan məlumatı təsdiqləyib.

Keniya Hava Limanları Təşkilatının (KAA) sözçüsü araşdırmaların bu günə qədər uğursuz olduğunu qeyd edib.

90% -dən çox maddəni filtrdən keçirən FFP2 maskaları Almaniyanın gömrük orqanları tərəfindən sifariş edilib. Onlar və silahlı qüvvələrin satınalma idarəsi təcili olaraq lazımi qoruyucu qurğuların alınmasında səhiyyə nazirliyinə köməklik göstərir.

Maskalar martın 20-də Almaniyaya çatmalı idi, lakin ötən həftənin sonunda Keniyadakı bir hava limanında yoxa çıxdıqdan sonra onları əldə etmək mümkün olmayıb. Almaniya şirkəti tərəfindən istehsal edilən maskaların hansı səbəblər Keniyada olduğu məlum deyil.

"Bunun oğurluq və ya təchizatçının qeyri-ciddiliyi kimi dəqiq nə olduğunu gömrük idarəsi araşdırır" - deyə, Almaniya hökumətində adının açıqlanmaması şərtilə bir mənbə məlumat verib.

Spiegel Online Almaniyanın koronavirusla mübarizə məqsədilə qoruyucu və sanitariya avadanlıqları üçün tədarükçülərə 241 milyon avro dəyərində (260,57 milyon dollar) sifariş verdiyini bildirib.

Müdafiə Nazirliyinin sözçüsü pulun ödənilmədiyi üçün maskaların itirilməsindən heç bir maddi təsirin olmadığını açıqlayıb.

Almaniya öz xəstəxanaları və tibb işçilərini virusa yoluxan xəstələrin artımına hazırlayır. Yoluxucu xəstəliklər üzrə Robert Koç İnstitutundan verilən məlumata görə, ölkədə 27,436 təsdiqlənmiş koronavirusa yoluxma halı var və 114 nəfər ölüb.

XS
SM
MD
LG