Accessibility links

Almaniyada COVİD-19-a yoluxma halları sürətlə artır


Almaniyanın səhiyyə rəsmiləri cümə axşamı bildiriblər ki, COVID-19-a yeni yoluxma halları aprel ayından bəri ilk dəfə çox sürətlə artır.

"Son bir neçə gün ərzində Robert Kok İnstitutu hər gün min, bu gün isə 4 mindən çox yoluxma halının qeydə alındığını bildirib" - deyə, Robert Kok Xəstəliklərə Nəzarət İnstitutunun prezidenti Lotar Vilerlə birlikdə Berlində keçirilən mətbuat konfransında səhiyyə naziri Yens Span bildirib. O, yeni koronavirusa yoluxma hallarının sayının sentyabr ayının əvvəllərindən bəri Almaniyada durmadan artdığını deyib.

Viler yoluxma hallarının oktyabr ayının ilk yeddi günü ərzində sentyabr ayı ilə müqayisədə təxminən iki dəfə çox olduğunu deyib. Viler əlavə edib ki, iyun ayının əvvəlində 3 olduğu halda, COVID-19-a yoluxanların ölkə miqyasında həftəlik sayı 100 min nəfərə 3 idisə, indi hər 100 min nəfərə 20.2 -dir.

Viler yoluxma hallarının Almaniyanın demək olar ki, bütün bölgələrində artdığını və bunun onu çox narahat etdiyini bildirib. O, qarşıdan gələn həftələrdə bunun necə inkişaf edəcəyindən əmin olmadığını, ola bilər ki, Almaniyada gündə 10 min insanın koronavirusa yoluxa və virusun nəzarətdən çıxa biləcəyini deyib.

Xəstəliyin artım perspektivləri Avropada, bəlkə də dünyada ən effektiv tədbirlər görən Almaniya üçün olduqca narahatedicidir.

Span Almaniyanın səhiyyə sisteminin çox sayda xəstəni idarə edə bildiyini üçün bu ana qədər böhranın öhdəsindən yaxşı gəldiyini və ölkə sakinlərinin COVID-19 məhdudiyyətlərinə yüksək səviyyədə əməl etdiyini deyib.

Səhiyyə nazirinin dediyinə görə, hazırda problemin böyük bir hissəsi əvvəki aylarla müqayisədə virusa daha çox gənclər yoluxub. O, şənlənmək istəyən gənclərin virusun onlara toxunmayacağına inandıqlarını deyib. "Korona ciddi bir xəstəlikdir və ciddi olaraq qalır" - deyə, o bildirib.

XS
SM
MD
LG