Accessibility links

Almaniya Oxford-AstraZeneca peyvəndinin istifadəsini məhdudlaşdırıb


Almaniya qan laxtalanmasına səbəb ola biləcəyi ilə bağlı narahatlıqlara görə, Oxford-AstraZeneca COVID-19 peyvəndinin 60 və daha yuxarı yaşlarda insanlar üçün istifadəsini məhdudlaşdırıb.

Federal və dövlət səhiyyə orqanları çərşənbə axşamıi bu qərarı verərkən 9 ölüm halı daxil olmaqla, təxminən 30 nəfərdə "serebral sinus damar trombozu" kimi tanınan qan laxtalanması hadisəsini qeyd edib. Ölkənin tibb tənzimləyicisi olan Poll Erlix İnstitutunun bildirdiyinə görə, iki nəfərdən başqa, qanda laxtalanma hallarının hamısı 20 ilə 63 yaş arasında qadınlarda aşkar edilib.

Ölkə üzrə göstəriş Berlin və Münhenin, eləcə də Brandenburq və Şimali Reyn-Vestfaliya ştatları də daxil olmaqla, bir neçə yerli hökumətin Oxford-AstraZeneca peyvəndinin yaşlı sakinlər üçün məhdudlaşdırma qərarından sonra verilib.

Səhiyyə orqanları Oxford-AstraZeneca peyvəndinin COVID-19 nəticəsində ciddi xəstəlik riski olan gənclərə vreilə biləcəyini və peyvəndin ilk dozasını alan 60 və daha aşağı yaşdakı insanlara ikinci dozanın tətbiq edilə biləcəyini bildirir. Almaniyada təxminən 2,7 milyon insana peyvənd vurulub.

Bu qərar belə görünür Almaniyanın onsuz da ləng gedən peyvənd kampaniyasını daha da ləngiməsinə səbəb olacaq və dünya boyu paylanmasında problemlə qarşılaşan Oxford-AstraZeneca peyvəndi üçün daha bir problem yaradacaq.

Avropa İttifaqının dərman təsdiqləmə orqanı olan Avropa Dərman Agentliyi (EMA) peyvəndin təhlükəsiz olduğunu elan edənə qədər bir sıra Avropa ölkələri qan laxtalanması ilə bağlı oxşar xəbərlərlə əlaqədar Oxford-AstraZeneca peyvəndinin istifadəsini qısa müddətə dayandırmışdı.

Almaniya bu qərarı Kanadanın əsasən də gənc qadınlar arasında ciddi qan laxtalanma narahatlığı səbəbindən 55 yaşınadək insanlara Oxford-AstraZeneca peyvəndinin tətbiqini dayandıracağını bildirməsindən bir gün sonra verib.

Çərşənbə axşamı habelə ABŞ və digər 13 ölkə Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-a səbəb olan virusun mənşəyinə dair açıqladığı yeni hesabatı ilə bağlı narahatlıqlarını ifadə edib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG