Accessibility links

Almaniya Avropa ölkələrinə səyahət məhdudiyyətlərini yüngülləşdirir


Almaniya hökuməti çərşənbə günü iyunun 15-dən etibarən Avropa ölkələrinə COVID-la bağlı səyahət məhdudiyyətlərini qaldıracağını, lakin hələ də karantin qaydalarının qüvvədə olduğu bəzi ərazilərə səyahət etməməyi tövsiyə edəcəyini bildirib.

Nazirlər Kabinetinin Berlində keçirilən iclasından sonra xarici işlər naziri Heiko Maas jurnalistlərə artıq giriş qadağaları və ya genişmiqyaslı təcridlər qaldırılan ölkələrə gedənlərə daha çox səyahət tövsiyələri ediləcəyini deyib.

Maas qərarın bir çoxları üçün yaxşı bir xəbər olacağını bildiyini desə də, bunun səyahətə dəvət olmadığını deyib. "Biz səyahət xəbərdarlıqlarında bunu dəqiqləşdirmək istəyirik. Məsələn, Britaniyaya səyahət ciddi şəkildə məsləhət görülmür. Orada hələ də 14 günlük məcburi karantin mövcuddur" - deyə, o bildirib.

Nazir giriş məhdudiyyətlərinin daha uzun müddət davam edəcəyi gözlənilən Norveç və İspaniya üçün xəbərdarlıqların qüvvədə qalacağını, lakin digər ölkələrin şərtləri yerinə yetirdiyini qeyd edib.

Almaniya mart ayında bütün qeyri-vacib xarici səyahətlərlə bağlı xəbərdarlıq etmişdi. "Pandemiya sona çatmayıb və biz birlikdə yalnız Almaniyada deyil, başqa yerlərdə də turizmin səbəb ola biləcəyi ikinci dalğanın başlamasının qarşısını almalıyıq" - deyə, Maas xəbərdarlıq edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG