Accessibility links

Almaniya koronavirusla bağlı məhdidiyyətləri yüngülləşdirməyə başlayıb


Almaniya kansleri Angela Merkel çərşənbə günü koronavirusla bağlı məhdidiyyətləri yüngülləşdirmək üçün addımlar atıldığını, pandemiyanın ilk mərhələsinin keçdiyini, lakin irəlidə hələ də uzun yolun olduğunu bildirib.

Almaniya virusun yayılmasını yavaşlatmaq üçün mart ayında karantin elan etdi. Pandemiyanın yayılma dərəcəsi bir neçə gündür ki, düşürməyə başlayıb və Merkel hazırda virusu olan bir insanın orta hesabla bir nəfəri yoluxdura biləcəyini deyib.

"Virusun yayılmasının sürətini azaltmağa nail olduq və səhiyyə sistemimizi qorumağı bacardıq. Buna görə də yüngülləşdirilmə ilə bağlı müzakirələr aparıb, razılaşmaq mümkün oldu" - deyə, Merkel jurnalistlərə bildirib.

Almaniyanın 16 federal vilayətinin lideri ilə razılaşdırılmış tədbirlərə əsasən, gigiyena tədbirlərinin həyata keçirilməsi şərti ilə iki evdən olan insanların görüşməsinə icazə veriləcək və daha çox mağaza açılacaq. Lakin 1,5 metr məsafəni saxlamaq və ictimai nəqliyyatda ağız və burun maskaları taxmaq qaydaları saxlanacaq.

Under measures agreed with Germany’s 16 federal state leaders, people from two households will be allowed to meet, and more shops will open, provided hygiene measures are in place. But guidelines on keeping a distance of 1.5 metres and wearing mouth and nose masks on public transport will remain.

Merkelin sözlərinə görə, Almaniyanın Bundesliga futbol liqası mayın ikinci yarısında fəaliyyətinə davam edə biləcək.

XS
SM
MD
LG