Accessibility links

Almaniyada pandemiya məhdudiyyətləri uzadılır


Almaniyanın federal rəsmiləri və kansler Angela Merkelin pandemiya məhdudiyyətlərini Milad və Yeni il tətilləri də daxil olmaqla, dekarbrda uzadılmasını müzakirə etməsindən az əvvəl, son 24 saatda COVID-19-dan 410 nəfərin öldüyü bildirilib.

Robert Koh İnstitutunun (RKI) Yoluxucu Xəstəliklər Mərkəzinin məlumatında deyilir ki, koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı artaraq, 18 633-dən 961 320-yə yüksəlib. Bunun cümə günü göstərilən rekord 5 015-dən az olduğu bildirilib.

Lakin ölüm halları bir həftə əvvəl 305-dən 410-da yüksəlməklə ölənlərin ümumi sayını 14 771-ə çatdırıb.

Saksoniyanın baş naziri Maykl Kretşmer son bir neçə həftə ərzində səhiyyə xidmətlərində çökmə olacağı barədə xəbərdarlıq edib.

"Xəstəxanalardakı vəziyyət narahatlıq doğurur. Belə bir yüksək səviyyədə yoluxanları tibbi yardımla təmin edə bilmərik" - deyə, Maykl Kretşmer MDR radiosuna müsahibəsində bildirib.

16 federal regionun çərşənbə günü məhdudiyyətləri dekabrın 20-nə qədər uzatmağa qərar verəcəyi gözlənilir. Həmin müddət ərzində məktəblər və mağazalar açıq, barlar, restoranlar və əyləncə mərkəzləri bağlı olacaq.

Çərşənbə axşamı dekabr 1-dən etibarən az sayda insanın bir yerə toplaşması, Milad və Yeni il bayramlarında isə ən çox 10 nəfərin bir araya gəlməsinə icazə verən layihə təqdim edilib.

XS
SM
MD
LG