Accessibility links

Almaniyanın səhiyyə naziri: Ölkədə məhdudiyyətlərin qaldırılması üçün əsas var


Almaniyanın Səhiyyə naziri Yens Span cümə günü bildirib ki, son bir həftədə ölkədə COVID-19-a yoluxma nisbəti iki ayda ilk dəfə 100 000 nəfərə 100 nəfərdən az olub. O, bunun Avropa ölkəsində məhdudiyyətlərin qaldırılması üçün əsas olduğunu deyib.

Aşağı Saksoniya əyalətinin Quakenbruk şəhərində vaksinlərin saxlanma və paylanma mərkəzini ziyarət edən Span jurnalistlərə deyib ki, yoluxucu xəstəliklər üzrə fəaliyyət göstərən Robert Kox İnstitutu ölkə boyu yoluxma nisbətinin 100 000 nəfərə 96.5-ə düşdüyünü və mart ayının 20-dən bəri ən aşağı səviyyədə olduğunu bildirib.

Span eləcə də Almaniyada peyvənd proqramının sürətinin artdığını, əhalinin demək olar ki, 36 faizinə peyvəndin azı bir dozası, 10-dan çox faizinə isə tam dozasının tətbiq edildiyini deyib. O, çərşənbə günü ölkədə peyvənd olunanların sayının 1.35 olmaqla rekord həddə çatdığını bildirib.

Lakin Səhiyyə naziri nail olunanları qoruyub saxlamaq üçün çox ehtiyatlı olmağa çağırıb. “Çünki bu, əks nəticə verə bilər” - deyə, o bildirib.

Span vəziyyətin ölkənin bütün regionların bərabər şəkildə bərpa olunmadığını deyib və region rəsmilərini yoluxmalar hər 100 000 nəfərə 50 nisbətinə düşməyənə qədər qapalı restoranları açmamağa çağırıb.

Nazir havalar istiləşdiyinə və insanlar səyahət etməyi düşündüyünə görə, onlara yoluxma nisbəti az olan bölgələrə səyahət etməyi məsləhət görüb.

Keçən ay ölkədə COVID-in üçüncü dalğası yaşanandan sonra Almaniya parlamenti komendant saatı da daxil olmaqla, federal hökumətin ümummilli məhdudiyyətlər tətbiq etməsinə icazə vermişdi.




XS
SM
MD
LG