Accessibility links

Almaniyanın səhiyyə naziri bu il hər kəsə peyvənd vurulacağına ümid edir


Almaniyanın səhiyyə naziri Yens Span çərşənbə günü millət vəkillərinə deyib ki, ölkə COVID-19 pandemiyasının ən çətin mərhələsindədir. O, yoluxma nisbətinin yüksək olduğunu və səhiyyə sistemində gərginlik yaşandığını desə də, təsirli bir peyvəndin gələcəyini bildirib.

Almaniya parlamentinin Aşağı Palatası Bundestaqa müraciətində Span hökumətinin Avropa Birliyinin digər üzvləri kimi peyvənd proqramını həyata keçirmək üçün təxminən iki həftə gözləmək təklifini müdafiə edib.

Səhiyyə naziri Avropa ölkələrinin bu seçiminin Almaniya və vətəndaşlarının da milli maraqlarına cavab verdiyini, qonşuları ilə eyni qrafikdə qalmağın güclü iqtisadi dirçəlişin təmin edilməsinin ən yaxşı yolu olduğunu deyib.

"Almaniya iqtisadiyyatının açıq sərhədlərə və mallarının sərbəst hərəkətinə ehtiyacı var. Ayrı-ayrılıqda deyil, bütün Avropaya birlikdə peyvənd edilməsi iqtisadi bir məsələdir. Yalnız bundan sonra biz iqtisadi cəhətdən ayağa qalxa bilərik" - deyə, Span bildirib.

"Heç bir ölkə, heç bir partiya, heç bir hökumət bu virusu tək başına məğlub edə bilməz. Bunu yalnız birlikdə edilə bilər" - deyə, o əlavə edib.

Span qanunvericiləri bu il peyvəndin Almaniyanın bütün vətəndaşları üçün kifayət edəcəyinə əmin olduğunu deyib.

83 milyon əhalidən cəmi 750 min nəfərə peyvənd vurulduğu üçün hökumət müxalifət partiyaları tərəfindən tənqid olunub. Span bu ilin ortalarına qədər ölkə əhalisinin hamısına peyvənd vurulacağına inandığını deyib.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG