Accessibility links

Almaniyada Johnson&Johnson peyvəndi bütün yetkinlərə tətbiq ediləcək


Almaniyanın səhiyyə naziri Yens Span bazar ertəsi ölkənin tək dozalı Johnson & Johnson COVID-19 peyvəndinin yalnız 60 yaşdan yuxarı deyil, ölkənin bütün yetkin sakinlərinə istifadəsinə başlanacağını elan edib.

Almaniya bundan əvvəl AstraZeneca kimi bu peyvənd tətbiq edilən insanlar arasında bir neçə nəfərdə qan laxtalanması hadisəsi aşkar olunduqdan sonra Johnson&Johnson-un istifadəsini məhdudlaşdırmışdı.

Avropa Dərman Agentliyi (EMA) həm Johnson & Johnson, həm də AstraZeneca peyvəndlərinin qan laxtalanması kimi nadir hallarda yan təsirinin olduğunu, lakin faydalarının risklərdən daha çox olmağa davam etdiyini deyib. EMA bu peyvəndləri necə tətbiq edəcəklərini Avropa ölkələrinin özlərinə həvalə edib.

Span Berlində jurnalistlərə iyun və iyul aylarında Johnson & Johnson peyvəndinin təxminən 10 milyon dozasının çatdırılacağını, o vaxta qədər isə 60 və daha yuxarı yaşlardakı almanların çoxunun peyvənd olunacağının gözlənildiyini deyib. Ölkədə keçən həftə AstraZeneca peyvəndinə də məhdudiyyətləri qaldırıb.

Almaniyanın səhiyyə naziri Yens Span
Almaniyanın səhiyyə naziri Yens Span

Span hökumətin peyvəndin tam dozasını almış insanların xaricə səyahət etdikdən və Almaniyaya qayıtdıqdan sonra karantin tələbinin qaldırılmasına da qərar verəcəyini bildirib. Spanın dediyinə görə, virusun variantlarının yayıldığı yerlərdən qayıdanlar üçün istisnalar olacağı gözlənilir.

Səhiyyə nazirinin sözlərinə görə, ölkədə COVID-19 infeksiyası ilə xəstələnmə nisbətinin 100000-dən 100 nəfərə düşdüyü üçün açıq toplantılara və tədbirlərə qoyulan məhdudiyyətlərin ləğvi də nəzərdən keçirilir. O, açıq restoranlar, barların açılması və çox ehtimal ki, futbol matçları kimi tamaşaçıların toplaşdığı idman tədbrilərinə də testlər aparılmaqla icazə verilə biləcəyini deyib.

XS
SM
MD
LG