Accessibility links

Almaniyada koronavirusdan ölüm halları azalır


Almaniyada koronavirusdan ölüm hallarının nisbətən az olması ölkədə aparılan çoxsaylı testlərlə əlaqədardır, belə ki, rəsmilər daha ağır, eləcə də daha yüngül xəstəliklərdən xəbərdar olduqlarını deyirlər.

Virusla bağlı araşdırmaların təşviqi üçün Berlində hökumətin dəstəklədiyi bir alyansın açılışında danışan araşdırmaçı viroloq Kristian Drosten Almaniyada həftədə orta hesabla 500 min insanın testdən keçirdiyini deyib.

Bununla belə, Almaniya öz xəstəxanaları və tibb işçilərini virusa yoluxan xəstələrin artımına hazırlayır. Yoluxucu xəstəliklər institutundan verilən məlumata görə, ölkədə 27,436 təsdiqlənmiş koronavirusa yoluxma halı var və 114 nəfər ölüb.

Almaniya kansleri Angela Merkel koronavirus təhlilləri müsbət nəticə vermiş həkimlə kontaktdan sonra özünü evində karantinə alıb.

Merkel keçirdiyi mətbuat konfransında Almaniyada koronavirusa qarşı mübarizə çərçivəsində ictimai yerlərdə iki nəfərdən artıq görüşlərin qadağan olunduğunu elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG