Accessibility links

Almaniya koronavirusun yayılmasını izləmək üçün smartwatch tətbiqinə başlayır


Almaniyanın dövlət səhiyyə orqanı COVID-19 yayılmasının izlənməsi və yeni koronavirus pandemiyasına qarşı tədbirlərin işləyib-işləmədiyini təhlil etmək üçün sağlamlıq texnoloji startapı Thryve ilə birgə çərşənbə axşamı günü smartwatch tətbiqetməsini istifadəyə verib.

Corona-Datenspende https://corona-datenspende.de (Corona Məlumat Donoru) tətbiqi saatlar və ya fitness izləyiciləri taxan könüllülərdən nəbz, temperatur və yuxu da daxil olmaqla, onlarda qripə bənzər xəstəliyin simptomlarının olub olmadığını təhlil etmək üçünhəyati əhəmiyyətli məlumatları toplayır.

Nəticələr digər məlumatlar ilə birlikdə interaktiv onlayn xəritə şəklində təqdim edilərək, səhiyyə orqanları və geniş ictimaiyyətə infeksiyaların yayılmasını hətta poçt indeksi səviyyəsinə qədər qiymətləndirməyə imkan verəcək.

"Nümunə kifayət qədər simptomatik xəstələri müəyyən etmək üçün yetərlidirsə, bu infeksiyaların necə yayıldığına və təcrid tədbirlərinin işləməsinə dair nəticə çıxarmağa kömək edə bilər" - deyə, Almaniyanın koronavirus məlumat mərkəzi hesab olunan Robert Kox İnstitutunun rəhbəri Lotar Vyeler açıqlayıb.

Almaniya, ABŞ, İspaniya və İtaliyadan sonra təxminən 100.000-ə yaxın yoluxma sayı ilə dördüncü sıradadır. Lakin erkən və geniş testlər nəticəsində ölüm halları 1600 nəfər təşkil edərək, aşağı səviyyədədir.

Almaniya rəsmiləri koronavirusla mübarizədə Avropanın sərt məlumat məxfiliyi qanunları ilə məhdudlaşdırılan və nasist və ya kommunist dövrünün xatırladan hər hansı bir izləməyə qarşı ictimai şübhələri nəzərə alaraq, rəqəmsal texnologiyadan istifadə etməkdə bəzi Asiya ölkələrindən daha ehtiyatlıdır.

Lakin qripin yayılmasını modelləşdirmək üçün buna bənzər bir yanaşmadan istifadə edilib, ABŞ-da isə Kinsa Health tərəfindən paylanmış 'ağıllı' termometrlər vasitəsiə COVID-19-un nə qədər tez yayıldığına dair erkən məlumatlar təqdim edilmişdir. Bu barədə bir ay öncə New York Times qəzeti məlumat verib.

Google Play Store və Apple App Store-da yükləmək üçün mövcud olan Corona Data Donation tətbiqi könüllüdür və məlumatlar anonim olaraq işlənəcək. Qeydiyyatdan keçmək üçün istifadəçilər poçt indeksi, yaşı, cinsi, boyu və çəkisini daxil etməlidir.

Qoşulmuş cihazlar tərəfindən paylaşılan məlumatlar davamlı şəkildə izləniləcək. Məsələn, yüksək hərarət və ya narahat yuxu kimi amillərin bir insanın COVID-19-a yoluxmasına təsirini aşka etməyə imkan verəcək.

Layihə rəhbəri Dirk Brokman ümid edir ki, 100000 nəfər və ya Almaniyanın smartwatch və fitness izləmə istifadəçilərinin 10% -inin tətbiqdən istifadə edəcək. O hətta 10000 insanın istifadəsinin belə təhlil cəhətdən faydalı olacağını da əlavə edib.

XS
SM
MD
LG