Accessibility links

Almaniya Leninqrad blokadasından ziyan çəkənlərə 12 milyon avro yardım ayrıb


Almaniya hökuməti keçmiş Leninqradın (İndiki Sankt-Peterburq) blokadasından ziyan çəkənlərə 12 milyon avro yardım ayrılması barədə qərar qəbul edib.

Bu barədə yanvarın 27-də RİA Novosti, dw.com portalı və digər Rusiya agentlikləri xəbər verirlər.

Bu vəsait İkinci Dünya Müharibəsi veteranları üçün hospitalın təkmilləşdirilməsinə, bu blokadan əziyyət çəkənlərin həyat şəraitinin yaxşılaşdırılmasına və Almaniya-Rusiya mərkəzinin yaradılmasına sərf ediləcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Almaniyanın xarici işlər naziri Heiko Maas Almaniya hökumətinin bu hümanitar addımını alqışlayıblar. “Almaniya və Rusiya əmindirlər ki, bu aksiya həmin vaxt blokada qalanların həyat şəraitinin yaxşılaşmasına xidmət edəcək”, hər iki ölkənin xarici işlər nazirlərinin yaydıqları bəyanatda deyilir.

Qeyd edək ki, bu gün yanvarın 27-də Rusiyada keçmiş Leninqradın blokadadan azad edilməsinin 75-ci ildönümü qeyd edilir.

1941-ci il sentyabrın 8-dən başlayan blokada təxminən 900 gün davam edib. Şəhərə ərzaq yalnız bir yolla-buz bağlayan Latoj gölü vasitəsi ilə çatdırılırdı.

Blokada 1943-cü il yanvarın 18-də yarıldı, 27-də isə tamamilə götürüldü.

Müxtəlif məlumatlara görə, bu müddət ərzində 400 mindən 1,5 milyonadək adam ölüb. Nürnberq prosesində isə ölənlərin sayı 632 min nəfər göstərilir.

Onların yalnız 3 faizi bombardmandan, qalanları isə aclıqdan ölüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG