Accessibility links

Almaniyadakı silahlı hücum ölkədə irqçilik problemini üzə çıxarır


Almaniya kansleri Angela Merkel bu həftənin əvvəlində Frankfurt yaxınlığında doqquz nəfərin öldürülməsini araşdırmaq üçün hər şeyin ediləcəyini deyib.

Merkel cümə axşamı şübhəlinin "sağçı, ekstremist və irqçi motivlərlə" hərəkət etdiyinə dair bir çox əlamətin olduğunu bildirib.

Almaniyanın federal prokuroru Piter Frank şübhəlinin internetə ekstremist videolar və nifrət ritorikalı materiallar yerləşdirdiyini təsdiqləyib.

İnternetdə paylaşdığı yazılarında silahlı şəxs "hazırda Almaniyada hər cəhətdən dağıdıcı olan etnik qruplar, irqlər və ya mədəniyyətlərin" olduğunu bildirib. O, dünya əhalisinin sayını azalda biləcək "yaxşı təmizlik" aparılmasına çağırıb.

Merkel qətllərin araşdırılması üçün "hər şeyin ediləcəyini" vəd edib.

"Almaniya hökuməti və bütün dövlət qurumları ölkəmizdəki hər bir insanın hüquqları və ləyaqətin dəstəkləyir. Biz vətəndaşlara mənşəyinə və ya dininə görə fərqli yanaşmırıq. Biz şiddətlə və qətiyyətlə Almaniyanı bölməyə çalışanların hamısına qarşı çıxacağıq" - deyə, Merkel bildirib.

"İrqçilik bir zəhərdir. Nifrət bir zəhərdir və bu zəhər cəmiyyətimizdə mövcuddur və bu, cəmiyyətimizdə çox sayda cinayətlərə səbəb olur" - deyə, o əlavə edib.

Çərşənbə günü Hanaudakı iki qəlyan barında qətlə yetirilənlərin əksəriyyəti kürd və ya türk mənşəli insanlar olub. 43 yaşlı şübhəli Tobias Ratcen daha sonra evində anasının cəsədi ilə birlikdə ölü tapılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG