Accessibility links

Almaniya mühacirlərin interqrasiyasını sürətləndriməyə çalışır [Video]


Almaniya mühacirlərin interqrasiyasını sürətləndriməyə çalışır
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Yaxın Şərqdən gələn qaçqınlar ifrat sağın güclənmısindən narahat deyillər

Dilşad boya başa çatdığı İraqın Sincar şəhərini 2014-cü ildə, İŞİD-in regionda yayılmasından sonra tərk etdi. Minlərlə digər insan kimi o da Almaniyada məskunlaşdı. Bir neçə ay daimi yaşayış yeri tapa bilmədiyindən sonra, o, evsizlər üçün sınacaqda yerləşdi.

Dilşad deyir ki, o ifrat sağın güclənməsindən narahat deyil.

“Mənim qorxum yoxdur. Hər addımında qorxu olan İraq kimi yerdən gələndən sonra Almaniya qorxacağın bir yer deyil. Burada demokratik prinsiplərə riayət edilir. Mən Merkelə öz və bütün qaçqınların adından minnətdarlığımı bildirirəm.”

Bu demokratiya ifrat sağçı “Almaniya üçün Alternativ” partiyasına parlamentdə 88 yer qazandırıb. Onların kampaniyası sərt anti-mühacir ritorikası ilə yadda qaldı. Bu posterdə avropalı hamilə qadın təsvir edilir. Yazılan mətn isə bunu deyir. “Yeni almanlar? Biz əmin olacayıq ki, onlar bizimkilərdir.”

Gesa Massur sığınacağın işlərində yardımçı olur. Deyir ki, Dilşad bəxti gətirənlərdəndir. Hökümət xeyli sayda gəncdən üz döndərdi.

“Düşünürəm ki, bu çox təhlükəlidir. Çünki bəzi gənc kişilər nə edəcəklərini bilmədiklərindən pis yola qoşula bilərlər.”

Yeni mühacirlər bir birinə yardımçı olmağa çalışırlar. Hökümətin həyata keçirdiyi proqram suriyalı və iraqlı mühacirlərin Berlin muzeylərində bələdçi kimi işləməyinə şərait yaradır. Onlar digər qaçqınları Almaniya haqqında məlumatlandırır, burada yeni həyat qurmaq üçün məsləhətlər verirlər.

“Tur muzeyin içindəkilər haqqında deyil. Bunu etməklə yeni gələn insan kimi hansı reaksiyalar və hansı çətinliklərlə qarşılaşdığımız haqqında məlumat vermək istəyirik.”

Salma Cerec Almaniya Tarixi Muzeyi ətrafında turlar keçirir.

“Məsələn, Almaniya İkinci Dünya Müharibəsindən sonra tamam məhv edilmişdi. Almanların ölkələrini necə yenidən qurduqları bizim öyrənə biləcəyimiz vacib bir dərsdir. Bu isə Dəməşqdən gətirilən bir obyektdir. İnsanlar öz mədəniyyətlərinin muzeydə nümayiş edildiyini görəndə, onlar mədəniyyətlərinin hörmət edildiyini hiss edirlər. Bunsuz inteqrasiya mümkün deyil.”

“Berlin muzeylərində buna bənzər proqramlarla hökümət mühacirlərin mümkün qədər sürətlə inteqrasiya olunmalarına çalışır. Əsas faydalananlar mühacirlərin özləridir. Amma bu həm də Almaniya cəmiyyəti üçün yaxşıdır.”

İşin miqyası çox ağır görünə bilər. Toni və Salma hesab edir ki, bu işin həlli yalnız hökümətdən asılı deyil. Mühacirlər də bir-birinə kömək etməli, dəstək olmalıdırlar.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG