Accessibility links

Almaniyada Angela Merkelin partiyası parlament seçkilərində qalib gəldi


Almaniyada Angela Merkelin partiyası parlament seçkilərində qalib gəldi.

Almaniyada keçirilən parlament seçkisində yerli vaxtla saat 14:00-dək 41,1% seçici iştirak edib. Bu barədə sentyabrın 24-də ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Reuters yazıb ki, bu 2013-cü il seçkiləri ilə müqayisədə bir qədər azdır.

2013-cü il seçkilərində yerli vaxtla saat 14-dək 41,4% seçici iştirak etmişdi.

İndiki kansler Angela Merkelin qalib gələcəyi gözlənilirdi. Onun ardınca isə 21-22 faiz səslə sosial-demokratlar gəlir.

“Qarşıdan gələn həftələr asan olmayacaq. Lakin Xristian Demokrat Partiyası və Xristian Sosialist İttifaqı ölkə qarşısında məsuliyyəti dərk edən partiyalardır. Bu isə bizim və bizim insanlarımız üçün vacibdir. Və mən əminəm ki, biz qarşıdan gələn həftələrdə ruh yüksəkliyi nümayiş etdirəcəyik” deyə Angela Merkel bildirib.

Hər iki lider seçiciləri populist, sağçı “Almaniya üçün alternativ” (AfD) partiyasına qarşı çıxmağa çağırıb. Bu partiya miqrantlara qarşıdır.

Merkel artıq dördüncü dəfədir namizədliyini irəli sürürdü. Onun mənsub olduğu mühafizəkar Xristian Demokrat Partiyası üstünlük təşkil edib.

Ötən həftə keçirilən rəy sorğuları partiyanın 34-37 faiz səslə öndə, Sosial Demokratların isə 21-22 faizlə ikinci yerdə getdiyini gəldiyini göstərir.

Lakin son bir həftə ərzində ona dəstək azalıb. Şənbə günü Merkel Berlində öz tərəfdarlarına deyib ki, onlar qərarsız seçiciləri Merkelə səs verməyə cəlb etmək üçün səylərini gücləndirməlidir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG