Accessibility links

Almaniya prezidenti nümayişçilərin Reyxstaqa daxil olmaq cəhdini qınayıb


Polis COVID-19 ilə əlaqədar məhdudiyyətlərə etiraz olaraq Respublika meydanında toplaşmış bəzi nümayişçiləri Reyxstaq binası qarşısından uzaqlaşdırmağa çalışır, Berlin, 29 avqust, 2020.
Polis COVID-19 ilə əlaqədar məhdudiyyətlərə etiraz olaraq Respublika meydanında toplaşmış bəzi nümayişçiləri Reyxstaq binası qarşısından uzaqlaşdırmağa çalışır, Berlin, 29 avqust, 2020.

Almaniya prezidenti Frank-Valter Ştaynmayer bazar günü nümayişçilərin Reyxstaqa (Almaniya parlament binası) daxil olmaq cəhdini "demokratiyamızın ürəyinə yolverilməz hücum" adlandıraraq qınayıb.

"Biz buna heç vaxt buna yol verməyəcəyik" - deyə, Ştaynmayer Instaqram səhifəsində yazıb.

İnsident şənbə axşamı təxminən 38000 nümayişçinin Berlində toplaşaraq, koronavirusla əlaqədar ölkədə tətbiq olunan məhdudlaşdırıcı tədbirlərə etiraz etdikdən sonra baş verib.

Təxminən iki saat sonra polis sosial məsafə qaydalarına əməl edilməməsini əsas gətirərək nümayişçiləri dağıdıb.

Almaniya prezidenti etirazçıları “sağçı ekstremist kütlə" adlandırıb və eyni zamanda, təhlükəsizlik işçilərinin “çətin vəziyyətdə ehtiyatlı davranışı"nı qeyd edib.

"Reyxstaq bizim parlamentimizin binasıdır və beləliklə də demokratiyamızın simvolik mərkəzidir", Almaniyanın daxili işlər naziri Horst Seehofer Bild am Sonntag qəzetinə açıqlamasında bildirib.

"Xaosu yayanların və ekstremistlərin bundan öz məqsədləri üçün sui-istifadə etməsi qəbuledilməzdir" - deyə, Seehofer əlavə edib.

Berlində şənbə günü on minlərlə insan maska taxılması və sosial məsafə saxlanılması əleyhinə nümayiş keçirmək üçün küçələrə çıxıb. Polis təxminən 300 nümayişçinin həbs edildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG