Accessibility links

Almaniya Səhiyyə Nazirliyi COVID-19 peyvəndinin tətbiqi qaydalarını açıqlayıb


Almaniya Səhiyyə Naziri Jens Spahn cümə günü COVID-19 vaksinlərinin vurulması ilə bağlı yeni sərəncam imzalayıb. Hər hansı vaksin istifadəsinin təsdiqlənməsindən bir həftə öncə verilən sərəncama əsasən, vaksinlər birinci növbədə əhalinin virusdan ən çox təhlükə ilə üzləşdiyi kəsiminə vurulacaq.

Berlində mətbuat konfransında danışan Spahn bildirb ki, peyvəndlərin tətbiqinə təxminən 27 dekabrda başlanması gözlənilir. O, ilkin dozalar məhdud sayda olacağından peyvəndlərin əsasən tibb işçiləri və özlərini və ya başqalarını koronavirusa yoluxdurma riski altında olan qocalar evlərində yaşayan 80 yaşdan yuxarı insanlara və oradakı işçi heyyətinə tətbiq olunacağını deyib.

Peyvəndin geniş tətbiqinin vaxt aparacağını deyən Spahn bildirib ki, həssas qrupların peyvənd olunmasına azı bir və ya iki ay vaxt tələb olunur. "Yalnız bundan sonra biz peyvənd haqqında qanun çərçivəsində onun geniş kütləyə tətbiq olunmasını düşünə biləcəyik", o həmçinin əlavə edib.

Almaniya digər Aİ ölkələri kimi gələn həftənin əvvəllində Pfizer-BioNTech peyvəndinin istifadəsi üçün Avropa Dərman Agentliyi (EMA) tərəfindən təcili təsdiq gözləyir.

Aİ liderləri həmrəylik nümayişi üçün bütün üzv ölkələrdə peyvəndlərin tətbiqinə eyni zamanda başlamaq istəyirdi.

Artıq Britaniya, Kanada və Amerika Birləşmiş Ştatları peyvəndlərin tətbiqinə başlayıb. ABŞ-ın Qida və Dərman İdarəsinin (FDA) məsləhət şurası cümə axşamı Amerika əczaçılıq şirkəti Moderna tərəfindən hazırlanmış ikinci peyvəndin təcili istifadəsini tövsiyə edib. Hazırda qurumun bu tövsiyəyə əməl edərək, peyvəndi tez bir zamanda təsdiqləyəcəyi gözlənilir.

Avropa Dərman Agentliyi isə öz növbəsində Moderna şirkətinin peyvəndinin qiymətləndirilməsi tarixinin 12 yanvardan 6 yanvara kerçirməyi planlayır. Agentlik yaydığı açıqlamada bildirb ki, şirkətdən tələb olunan məlumat paketini gözləndiyi vaxtdan tez əldə edilib.

XS
SM
MD
LG