Accessibility links

Almaniya səhiyyə rəsmiləri yeni ümummilli qapanmalara ehtiyac olduğunu bildirir


Almaniyanın yüksək səviyyəli səhiyyə rəsmiləri cümə günü ölkə daxilində iki ilə dörd həftə müddətinə qapanma elan edilməsinin lazım olduğunu bildirib. Buna səbəb isə artmaqda olan COVID-19 yoluxmalarının yeni dalğasıdır.

Səhiyyə naziri Yans Spahn və Robert Koç İnfeksion Xəstəliklər İnstitutunun (RKI) prezidenti Lothar Wieler Berlində jurnalistlərə bildirib ki, aprelin 9-na qədər ölkədə 25000 yeni yoluxma faktı qeydə alınıb. Naziri Yans Spahn bildirib ki, yoluxmaların hər 100 min insanda 100-ə endirilməsi məqsədi ilə qapanmalar gərəklidir.

Nazir yoluxmaların artmasının daha çox xəstəxanalar və reanimasiya şöbələrində hiss olunduğunu bildirib.

Lothar Wieler isə digər tərəfən bildirib ki, RKI xəstəxanasının məlumatları göstərir ki, ağır yoluxma halları daha çox gənclər arasında müşahidə olunur. O bildirib ki, gənc xəstələrin yaşlılara nisbətən daha uzun müddət tənəffüs müalicəsinə ehtiyac duyması xəstəxanaların işini çətinləşdirir.

Spahn xəstəxanaların üzərinə düşən bu yükün yüngülləşdirilməsi üçün ümummilli fəaliyyətə ehtiyacın olduğunu deyib.

"Bu səbəbdən də yoluxmaların üçüncü dalğasını bacardığımız qədər tez dəf etməliyik. Bu da fiziki görüşlərin və hərəkətliyilin azaldılması deməkdir" - deyə, o bildirib.

Lakin Almaniyanın federal hökuməti və regional idarəçiləri arasında COVID-19-la əlaqəli yeni məhdudiyyətlərin tətbiq edilməsi barədə fikir ayrılığı mövcuddur.

Kansler Angela Merkel bəzi bölgələr və şəhərləri məhdudiyyətləri birtərəfli olaraq azaltdığı üçün daha sərt qapanma çağırışı edib.

Hazırda Almaniyada əhalinin 15 faizi vaksinlərin bir dozasını əldə edib. Cəmi 5,8 faizə isə hər iki doza tətbiq edilib.

XS
SM
MD
LG