Accessibility links

Almaniya sərhədlərin iyunun ortalarına qədər açılacağına ümid edir


iAlmaniya-Fransa sərhədi
iAlmaniya-Fransa sərhədi

Almaniyanın daxili işlər naziri çərşənbə günü gələn ayın ortalarına qədər ölkənin quru sərhədlərində bəzi COVID-19 yoxlamalarına son qoyulmasını istədiyini deyib.

Daxili İşlər naziri Horst Zihofer jurnalistlərə açıqlamasında Almaniyadan Avropaya sərbəst səyahət edilməsinə iyunun ortalarına qədər başlanacağının nəzərdə tutulduğunu və şənbə gününə qədər Fransa, Lüksemburq, İsveçrə və Avstriya ilə sərhədlərin açılacağını bildirib.

Zihofer bu planların COVID-19-a yoluxma hallarının davamlı şəkildə aşağı səviyyədə olmasından asılı olduğunu və tədbirlərin yüngülləşdirlməsi barədə razılıqların bu həftə qonşu ölkələrlə ikitərəfli danışıqlar nəticəsində əldə edildiyini deyib.

Onun dediyinə görə, Avropa İttifaqına üzv olmayan ABŞ və Rusiya kimi ölkələrdən səyahətlər azı iyunun 15-nə qədər məhdudlaşdırılacaq.

Almaniya kansleri Angela Merkel çərşənbə günü Almaniya parlamentində sərhədlərin açılması məsələsini müzakirə edib. Zihofer kimi Merkel də virusun sona çatdığına arxayın olmamağa çağıraraq, COVID-19 yoluxmalarının yenidən qayıtdığı təqdirdə tam məhdudiyyətlərə qayıtmaq məcburiyyətinin yarana biləcəyi barədə xəbərdarlıq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG