Accessibility links

Almaniyanın müxalif partiyaları regional seçkilərdə qələbə qazanıb


Almaniyanın müxalif Sosial Demokrat və Yaşıllar partiyası kansler Angela Merkel üçün sınaq hesab edilən regional seçkilərdə cüzi fərqlə qələbə qazanıb.

Partiyalar Aşağı Saksoniya ştatında Merkelin mərkəz-sağçı koalisiyasına cəmi bir yerlə qələbə çalıb.

Angela Merkel məğlubiyyətini “ağrılı” adlandırıb.

Ümumilli seçkilər 8 aydan sonra keçirilməlidir. Ümumilli seçkilərdən sonra sentyabr ayında Bavariyada təşkil ediləcək səsvermə Merkelin 3-cü müddət kansler seçilməsini müəyyən edəcək.
XS
SM
MD
LG