Accessibility links

Almaniyada parlament seçkiləri başa çatıb


Almaniyanın 60 milyon seçici hüququna malik olan‘əhalisi bazar günü keçirilən parlament seçkilərində ölkələrini yeni bir istiqamətə yönəldir. Qalib gələn millət vəkilləri ölkənin vəzifəsindən gedən və populyar kansleri Angela Merkelin yerini kimin tutacağına qərar verəcək.

Almaniyanın milli parlament seçkiləri Angela Merkelin sağ mərkəzçi Xristian Demokrat Birliyi ilə sol mərkəzçi Sosial Demokratlar arasında sıx bir rəqabət olduğunu göstərən exit-poll ilə başa çatıb.

Xristian Demokrat Birliyinin əyalət qubernatoru Armin Laşet və vəzifəsindən gedən Maliyyə Naziri və Sosial Demokratlardan vitse-kansler Olaf Şolz Merkelin 16 illik kansler vəzifəsindən getdiyi üçün Avropanın ən böyük milli iqtisadiyyatının lideri olmaq uğrunda mübarizə aparıb.

Exit poll -a görə hər iki partiyan25% dəstək əldə edib, ZDF ictimai televiziyasının ikinci exit-poll-u isə Sosial Demokratları 26% -24% fərqlə qabaqlayır. Hər iki sorğuda lideri Annalena Baerbok ilə Yaşıllar Partiyası təxminən 15% dəstəklə üçüncü olub.

Yeni seçilən siyasətçilərin çox güman ki, koalisiya hökuməti qurması lazım gələcək, yəni Merkelin yerini elan etməsi bir neçə həftə çəkə bilər.

Almaniyanın Avropanın qabaqcıl iqtisadiyyatı mövqeyinin hərəkətverici qüvvəsi olan və sağ mərkəzçi Xristian Demokrat Birliyinin rəhbərlik edən Merkel 16 il Almaniyanın ən yüksək vəzifəsində çalışdıqdan sonra istefa verir.

Merkel Sosial Demokrat Partiyasından Olaf Scholz da daxil olmaqla, vəzifəsi uğrunda mübarizə aparan müxtəlif siyasi partiyaların liderlərindən heç birini dəstəkləməkdən çəkinir.

Almaniya kansleri Angela Merkel şənbə günü almanları Almaniyanın gələcəyini formalaşdırması üçün xələfi ola biləcək Armin Laşetə səs verməyə çağırıb. Bu, Merkelin Almaniyada keçiriləcək seçkidən 24 saat öncə Laşetin çətin vəziyyətdə olan kampaniyasına dəstək vermək üçün son cəhdidir.

60 yaşlı Laşet Sosial Demokrat partiyasından rəqibi Olaf Şolzla birlikdə kanslerlik uğrunda yarışır, lakin son rəy sorğuları iki namizəd arasında səs fərqinin cüzi olduğunu göstərir ki, bu səbəbdən də bazar günü keçiriləcək səsvermə son illərin ən gözlənilməz seçkisi olacaq.

XS
SM
MD
LG