Accessibility links

İfrat sağın uğuru Merkelin dördüncü müddət hakimiyyətdə qalmasını kölgədə qoydu [Video]


İfrat sağın uğuru Merkelin dördüncü müddət hakimiyyətdə qalmasını kölgədə qoydu
please wait

No media source currently available

0:00 0:02:38 0:00

İfrat sağın uğuru Merkelin dördüncü müddət hakimiyyətdə qalmasını kölgədə qoydu

İfrat sağçı "Almaniya üçün Alternativ" partiyası öz platformasında ölkəni geri qaytaracaqlarını söz verib. Bazar günü keçirilən seçkilərin nəticələsinə görə 14% qazanan partiya Almaniya parlamentində 94 nəfərlə təmsil olunacaqlar. Beləliklə, İkinci Dünya Müharibəsindən sonra ilk dəfədir ki, Almaniya parlamentində ifrat sağ təmsil olunacaq. Merkelin Xristian Demokrat İttifaqı isə seçkilərdə ən çox səs qazansa da, onları qarşıda hökümət koalisiyası formalaşdırmaq üçün çətin danışıqlar prosesi gözləyir.

Çoxları inanırdı ki, 20-ci əsrin birinci yarısında baş verən hadisələrdən sonra Almaniyada ifrat sağ partiyanın qayıdışı mümkün deyil. Bazar günü seçkilərinin nəticələri onların yanlış olduğunu sübut etdi.

İfrat sağçı “Almaniya üçün Alternativ” partiyası nəticələri bayram etdiyi bir zaman, onların rəqibləri küçələrdə etiraz nümayişləri keçirirdilər.

Onların qorxduğu, bu partiyanın anti-mühacir gündəliyi Nasistlərin hakimiyyətə necə gəldiyi ilə oxşar olmasıdır.

“İkinci dünya müharibəsindən sonra bu ilk dəfədir ki, irqçi və neo-nasist partiya parlamentdə təmsil olunacaq. Bu bizi çox narahat edir və hamıya 1933-cü ilin hadisələrini xatırladır.”

Nəticələrdən yaranan qorxunu ifadə edən qruplar arasında yəhudilər də var idi.

“Almaniya üçün Alternativ”in liderlərindən biri daha öncə demişdi ki, almanlar İkinci Dünya Müharibəsi zamanı hərbi nailiyyətləri ilə qürur duymalıdır. Bazar ertəsi keçirilən mətbuat konfransında isə o, partiyasının irqçi olması ilə bağlı iddiaları rədd etdi.

“Biz “geri qayıdış” sözünü simvolik işlədirik. Biz deyirik ki, xaricilərin və xarici mədəniyyətin gəlişi ilə Almaniyamızı itirmək istəmirik. Bu qədər sadə.”

Təhlilçilər deyirlər ki, seçicilər Angela Merkeli Almaniyaya milyona yaxın mühacirin gəlməsinə imkan yaratmasına görə cəzalandırdılar.

“Almaniya üçün Alternativ”ə səs verənlərin çoxu partiyanın platformasını dəstəklədiyi üçün səs verməyib. Bu aşkar etiraz səsi idi.”

İfrat sağın uğuru kansler Angela Merkelə dördüncü dəfə hökümətə rəhbərlik etmək imkanını verən qələbəni kölgədə qoydu.

“Almaniya üçün Alternativ”in seçicilərinə gəldikdə isə bizim məqsədimizi yaxşı siyasət və problemlərin həlli ilə onların səslini geri qazanmaqdır.”

Onun ilk problemi hökümətin formalaşdırılmasıdır. Seçkilərdə ikinci yer qazanan sosial demokratlar qalib partiya ilə birlikdə çalışmayacaqlarını artıq bildiriblər. Bu isə Merkeli Liberallar və Yaşıllarla koalisiya qurmağa məcbur edəcək. Razılaşma bir neçə ay çəkə bilər.

“Mühacirət və qaçqınlar kimi məsələlərdə, o cümlədən iqlim dəyişikliyi mövzularında kompromis tapmaq çox çətin olacaq. Ona görə də uzun danışıqlar prosesinin olacağını gözləyirik.”

“Almaniya üçün Alternativ” yeni platformasını parlamentdə tətbiq edəcəyinə söz verib. Onların sözlərinə görə, məqsədləri Merkeli vəzifədən uzaqlaşdırmaq və ölkəni geri qaytarmaqdır.

XS
SM
MD
LG