Almaniya məhkəməsi keçən il Halle şəhərindəki sinaqoqa hücum edən sağçı ekstremisti ömürlük həbs cəzasına məhkum edib.
2019-cu il oktybarın 9-da 28 yaşlı Stefan Balliyet yəhudilərin müqəddəs Yom Kipur gününü qeyd etdikləri sinaqoqa daxil ola bilmədiyi üçün iki nəfəri öldürmüşdü.
Saksoniya Anhalt vilayətinin paytaxtı Maqdeburq məhkəməsinin beş hakimdən ibarət heyəti törətdiyi cinayətə görə Balliyeti "çox ciddi günahkar" hesab edib ki, bu da Almaniyada ömürlük həbs cəzası alanlar üçün nəzərdə tutulan 15 ildən sonra azadlığa çıxa bilməyəcəyi anlamına gəlir.
Prokuror Kai Lose məhkəməyə verdiyi açıqlamasında Halledəki sinaqoqa edilən hücumun İkinci Dünya Müharibəsindən bəri ən iyrənc antisemitizm hərəkəti olduğunu deyib, məhkəməyə sədrlik edən hakim Ursula Mertens isə bunu "qorxaq hücum" adlandırıb.
İyul ayında başlayan məhkəmə zamanı Balliet dəfələrlə "Sinaqoqa hücum etmək səhv deyildi, onlar mənim düşmənlərimdir" deyib. Onun dediyinə göə, o, sinaqoqdakı 51 nəfəri öldürmək istəyib, lakin binanın ağır qapılarını aça bilməyib.
Küçədə 40 yaşlı bir qadını odlu silahla öldürən Balliyet almanları öldürmək istəmədiyini deyərək, məhkəmədən üzr istəyib. O, yaxınlıqdakı kababçıda 20 yaşlı bir gənci öldürüb və bir neçə nəfəri yarayıb.