Accessibility links

Almaniya Türkiyəyə səyahət edənlər üçün tövsiyələri yeniləyib


Almaniya şənbə günü Türkiyəyə səfər edən vətəndaşları üçün səyahət tövsiyələrini yeniləyib. Tövsiyədə bildirilir ki, Almaniya vətəndaşlarının ölkələrində qorxusuz ifadə etdikləri fikirlər Türkiyə rəsmiləri tərəfindən eyni cür dözümlə qarşılanmaya bilər və nəticədə onlar bu fikirləri ifadə etdiklərinə görə həbs edilə bilərlər.

“Almaniyada hüquq anlayışı və ifadə azadlığı tərəfindən qorunun bəyanatlar Türkiyədə peşə fəaliyyəti məhdudiyyətinə və cinayət işinin açılmasına səbəb ola bilər.” – Almaniyanın Xarici İşlər Nazirliyinin səyahət tövsiyəsində deyilir.

Nazirlik sözçüsü bildirib ki, səyahət tövsiyəsi bir neçə avropalı jurnalistin Türkiyədə izahat verilmədən akkreditasiya edilməməsindən sonra yenilənib. Bununla bərabər, son 2 il ərzində Türkiyədə əsassız şəkildə saxlanılan Almaniya vətəndaşlarının sayı artmaqdadır.

Məlumatda əlavə edilir ki, Türkiyə rəsmiləri insanların ABŞ-da yaşayan dini xadim Fətullah Gülənin şəbəkəsi ilə əlaqələri olduğu şübhəsi ilə yanaşır. Nazirlik rəsmi Ankaranın bu şəbəkəni 2016-cı ildə hərbi çevrilişə cəhdin arxasında durduğuna inandığını bildirir.

Nazirliyin tövsiyəsində əlavə edilir ki, Türkiyədə qadağan edilmiş təşkilatların hər hansı görüşündə iştirak etmiş və ya sosial media vasitəsilə Türkiyə hökuməti ilə bağlı tənqidi fikirlər ifadə etmiş almaniya turistlərin Türkiyədə saxlanılma riski mövcuddur.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG