Accessibility links

Almaniya vaksin olunmayan insanlara daha sərt məhdudiyyətlər tətbiq edəcək


Almaniyanın yaxında vəzifədən gedəcək kansleri Angela Merkel və onun gözlənilən sələfi, hazırda maliyyə naziri olan Olaq Şolz cümə axşamı ölkədə vaksin olmayan insanlara qarşı yeni məhdudiyyətlər elan edib. Onların məqsədi COVID-19-a yeni yoluxma hallarının qarşısını almaqdır.

Merkel və Şolz Berlində müxbirlərə bildirib ki, yeni qaydalara əsasən vaksin olunmayan şəxslərin zəruri olmayan mağazalar, mədəniyyət və əyləncə mərkəzlərinə daxil olmalarına icazə verilməyəcək. Onlar bunu Almaniyanın 16 ştatının qubernatoru ilə görüşdən sonra açıqlayıb.

Merkel deyib ki, parlament həmçinin ölkə dördüncü yoluxma dalğası ilə üzləşdiyi bir vaxt ümumi koronavirus vaksin mandatı tətbiq etməyi nəzərdən keçirəcək. Almaniyanın yoluxucu xəstəliklər üzrə Robert Kox İnstitutu bildirir ki, cümə axşamı ölkədə son sutkada yeni yoluxma halları 70 mini keçib.

Yoluxma sürəti hər 100 min nəfərə 439-a bərabər olub.

Merkel deyib ki, ölkənin, “xüsusilə də müəyyən regionların dördüncü dalğanın ortasında olması məyusedicidir. Ona görə də mən sonuna qədər çox çalışıram ki, biz bu dördüncü dalğanı mümkün qədər tez aradan qaldıraq.”

Merkel daha sərt tədbirləri “milli həmrəylik aktı” adlandırıb.

Həm Merkel həm də gələn həftə mərkəz-solçu koalisiya tərəfindən kansler seçiləcəyi gözlənilən Şolz vaksin mandatına dəstəklərini ifadə ediblər. Əgər parlament təsdiqləsə mandat fevral ayında qüvvəyə minəcək.

Almaniya əhalisinin təxminən 68.7 faizi tam peyvənd olunub. Bu isə hökumətin məqsəd qoyduğu 75 faizdən aşağıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG