Accessibility links

Almaniyada azərbaycanlı miqrant intihara cəhd edib


Almaniyada qaçqın statusu üçün müraciət etmiş, İbbenburen şəhərində məskunlaşan və Dublin sazişinə görə Italiyaya getməkdən imtina edən daha bir azərbaycanlı özünü doğrayıb. Hər iki qolunu kəsici alətlə doğrayaraq xəsarət yetirən Hüseyn adlı şəxs 2 ay əvvəl Italiya vizası ilə Almaniyaya gedib. Bu gün polislər onu məcburi qaydada Italiyaya deportasiya etmək istədikləri zaman özünü dograyib.

Bu barədə Almaniyada fəaliyyət göstərən Legat İnteqrasiya Mərkəzi Facebook səhifəsində məlumat yayıb.

Legat İnteqrasiya Mərkəzi
Legat İnteqrasiya Mərkəzi

Məlumatda deyilir ki, Hüseyn adlı şəxs Kəlbəcər rayonunda anadan olub, evlidir, 8 və 12 yaşlarında iki azyaşlı uşağı var. O təcili yardimla xəstəxanaya çatdırılıb.

Bu ilin iyulunda Almaniyanın Deggendorf şəhərində mühacir həyatı yaşayan Humay Məmmədova deportasiya edildiyi üçün intihar edib.

Leqat İnteqrasiya Mərkəzinin məlumatlına görə, son 3 ayda 7 adam Dublin sazişinin tələblərindən yayınmaq üçün özünə qəsd edib. Dublin sazişinə görə mühacir birinci növbədə viza aldığı ölkəyə getməlidir və qaçqın statusu üçün orada müraciət etməlidir.

“Azərbaycan vətəndaşların əksəriyyəti digər ölkələrin vizaları ilə Almaniyaya gəlir. Bakıda fəaliyyət göstərən turizm şirkətlərinin çoxu vətəndaşları aldadaraq bir ölkənin vizası ilə “qaçqınlıq statusunu alarsız” deyib başqa ölkəyə göndərirlər. Sonra isə həmin şəxslərin qaytarma prosesi başlayır. Almaniya hökuməti görəndə ki, gələnin sənədləri saxtadır və onu ölkəsində heç bir təhlükə gözləmir, dərhal həmin adamı geri göndərir. İnsanlar bundan özünü qorumaq üçün intihara əl atırlar,” Leqat İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev bildirib.

Azərbaycan vətəndaşların əksəriyyəti digər ölkələrin vizaları ilə Almaniyaya gəlir. Bakıda fəaliyyət göstərən turizm şirkətlərinin çoxu vətəndaşları aldadaraq bir ölkənin vizası ilə “qaçqınlıq statusunu alarsız” deyib başqa ölkəyə göndərirlər.
Əlövsət Əliyev, Legat İnteqrasiya Mərkəzinin rəhbəri

Ötən il, iyunun 18-də 51 azərbaycanlı Almaniyadan deportasiya edilib.

Almaniya Federativ Respublikasının Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsininin məlumatına görə 2019-cü ilin ilk 6 ayı ərzində 999 nəfər Azərbaycan vətəndaşı qaçqın statusu almaq üçün müraciət edib.

“Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faizdən çox azalma deməkdir. Belə ki ötən ilin eyni dövründə müraciət edənlərin sayı 1500 nəfərə yaxın olub. Ümumiyyətlə 2018 -ci ildə sığınacaq üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı 2900 nəfər olub. 2017-ci ildə 3030 nəfər, 2016-ci ildə 4750 nəfər, 2015-ci ildə 1497 nəfər, 2014-cü ildə isə 1295 nəfər qaçqın statusu almaq üçün müraciət edib,” Legat İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əlıiyev bildirib.

O hesab edir ki, Almaniyadan sığınacaq istəyənlərin sayının azalmasını ölkədən emmiqrasiya edənlərin sayının azalması ilə əlaqələndirmək olmaz.

“Bu ilk növbədə Almaniyanın miqrasiya siyasətini sərtləşdirməsi ilə bağlıdır. Almaniyaya sığınmaq üçün müraciət edən Gürcüstan vətəndaşlarının da sayı 20% azalıb. Belə ki, cari ilin yanvar-iyun aylarında sığınacaq üçün 2 111 nəfər Gürcüstan vətəndaşından müraciət daxil olduğu halda, ötənn ilin müvafiq dövründə bu rəqəmin 2 640 olub,” Əliyev qeyd edib.

XS
SM
MD
LG