Accessibility links

Almaniyada COVID-19-a yolxumaların üçüncü dalğası baş qaldırıb


Almaniyanın Səhiyyə Naziri Yans Spahn və Robert Kox İnstitutunun prezidenti Lothar H. Viler mətbuat konfransında mediaya müraciət etdir. Berlin 12 mart 2021-ci il
Almaniyanın Səhiyyə Naziri Yans Spahn və Robert Kox İnstitutunun prezidenti Lothar H. Viler mətbuat konfransında mediaya müraciət etdir. Berlin 12 mart 2021-ci il

Almaniyanın səhiyyə rəsmiləri cümə günü ölkədə koronavirusun üçüncü dalğasının yayılması barədə xəbərdalıq edib. Bu dəfəki yayılmaya virusun Britaniya variantının səbəb olduğu düşünülür.

Berlində keçirilən mətbuat konfransında Robert Kox Yoluxucu Xəstəliklər İnstitutunun prezidenti Lothar Viler jurnalistlərə bilidirib ki, hazırda ölkədə virusun Britaniya varianti olaraq tanınan COVID-B117 variantı sürətlə yayılmaqdadır və bu da hazırkı yolxuma dalğasının əsas səbəbi ola bilər. Cümə günü Almaniyada bu ayın ən yüksək yolxma halı qeydə alınıb.

Viler mövcud peyvəndlərin virusu nəzarətdə saxlamağa kömək edə biləcəyini lakin insanların hələ də ciddi şəkildə sosial məsafəyə və digər qabaqlayıcı tədbirlərə əməl etmələrinin gərəkli olduğunu vurğulayıb.

O bildirib ki, "virus yenidən yox olmayacaq, lakin biz əhalidə ilkin immunizasiya səviyyəsi əldə etsək onu nəzarət altında saxlaya biləcəyik".

Mətbuat konfransıda iştirak edən Almaniyanın Səhiyyə Naziri Yans Spahn bildirib ki, ölkə qarşıdan gələn "bir neçə çətin həftəyə" hazır olmalıdır.

Spahn həmçinin bəzi qonşu ölkələrdə AstraZeneca vaksinin qan laxtalanmasına səbəb olması ilə bağlı xəbərlərdən sonra istifadəsinin dayandırılmasını təəssüflə qarşıladığını da dilə gətirib.

Spahn bildirib ki, Almaniya vaksinin mümkün əks təsirləri ilə əlaqədar xəbərlərə "çox ciddi şəkildə" yanaşır. Həm Avropa Dərman Agentliyi həm də Almaniya özünün peyvədinin təhlükəli qan laxtalanmalarında artıma səbəb olmasına dair bir dəlilin olmadığını bildirir.

Bundan əvvəl Danimarka bəzi insanlarda qan laxtalanmalarının artması xəbərlərindən sonra cümə axşamı AstraZeneca peyvəndinin istifadəsini müvəqqəti dayandırdığını elan edib. Bənzər qərar Avstriyada da bu həftənin əvvəlində verillib.

Avstriyada baş verən hadisələri araşdırdıqdan sonra Avropa Dərman Agentliyi çərşənbə günü yaydığı hesabatda bildirib ki, peyvəndin laxtalanmaya səbəb olması ilə bağlı sübut tapılmayıb.

Agentlik "peyvəndin faydalarının risklərini üstələməyə davam etdiyini və peyvəndin tətbiq olunmağa davam edə biləcəyini" eləcə də qan laxtalanması hallarının daha yaxından qiymətləndirilməsinin davam etdiyini bildirib.

XS
SM
MD
LG