Accessibility links

Almaniyada daşqın nəticəsində 30-dan çox insan ölüb, onlarla insan itkin düşüb


Almaniyada baş verən güclü daşqınlar nəticəsidə 30-dan çox insan həyatını itirib. Güclü su axını bəzi evlərin çökməsinə, maşınların yararsız hala düşməsinə səbəb olub.

Ən son məlumatlara əsasən ölkənin qərbində yerləşən Koblenz şəhərinin polisi cümə axşamı bildirib ki, Ahrveiler mahalında dörd nəfər ölüb və təxminən 50 nəfər evlərin damına çıxaraq xilas olunmalarını gözləyir. 30-dan çox insanın isə itkin düşdüyü xəbər verilir.

Şuld kəndində bir gecədə altı ev çöküb. "Bir çox insanın itkin düşdüyü bildirilir" deyə polis bildirir.

Bir çox kəndlərə aparan yollar daşqın və torpaq sürüşməsi nəticəsində keçilməz olduğu üçün zərərin tam həcmi hələ ki, aydın deyil.

Sosial mediada yayılan videolarda küçələrdə üzən avtomobillər və bəzi evlərin qismən çökdüyü görünür.

Rəsmilər bölgədə fövqəladə vəziyyət elan edib.

Almaniyanın ən sıx yaşayış yeri olan Şimali Ren Vestfaliya əyalətinin böyük hissələri ilə dəmir yolu əlaqələri dayandırılıb. Bu ilin payızında Almaniyada keçiriləcək seçkilərdə Angela Merkeldən sonra kansler vəzifəsini tutmağa çalışan Qubernator Armin Laşetin cümə axşamı daşqının zərərlərinə məruz qalan Hagen şəhərinə səfəri gözlənilirdi.

Alman hava xidməti yağışın cümə axşamı azalacağını proqnozlaşdırır.

Güclü yağışlar Belçika və Hollandiyaya da təsir edib. Belçikanın şərqində də bir nəfər boğulub, azı bir nəfər itkin düşüb. Bəzi qəsəbələrdə suyun səviyyəsi görünməmiş həddə qalxıb. Belçikada böyük magistral yollar su altında qalıb, dəmir yolu əlaqəsi dayanıb.

Niderland mətbuatı xəbər verir ki, Almaniya və Belçika sərhədinə yaxın yerləşən Valkenburq qəsəbəsinin rəsmiləri gecə ərzində bir turizim obyekti və qocalar evini evakuasiya edib.

Niderland hökuməti evakuasiya işlərinə və daşan çayların ətrafına qum torbaları yığmağa kömək üçün 70 əsgəri Limburq əyalətinin cənubuna göndərib.

XS
SM
MD
LG