Accessibility links

Almaniyada daşqınlarda ölənlərin sayı 133-ə çatıb, sağ qalanların axtarışı davam edir


Xilasedicilər şənbə günü Almaniyanın qərbində daşqınlara məruz qalan ərazilərdə sağ qalan insanların axtarışlarını davam etdiriblər. Bir çox şəhərdə suyun səviyyəsi yüksək olaraq qalıb, evlər isə dağılmağa davam edib. Bu, Almaniyada son 50 ildə baş verən ən pis təbii fəlakətdir.

Polisin şənbə günü verdiyi məlumata görə, daşqınlar nəticəsində Kölnün cənubunda yerləşən Ahrveiler rayonunda 90 nəfər daxil olmaqla ən azı 130 nəfər həyatını itirib. Yüzlərlə insan hələ də itkindir.

Cümə günü Köln yaxınlığında Vassenberq şəhərində bəndin qırılmasından sonra təxminən 700 sakin evakusiya olunub.

Son bir neçə gün ərzində əsasən Raynland Panatinat və Şimali Rayn-Vestfalia ştatlarında baş verən daşqınlar icmaları elektriksiz və rabitəsiz buraxıb.

Belçika və Niderlandın da bəzi hissələrində də daşqınlar baş verib. Belçikada azı 20 nəfər ölüb.

Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayer və Şimali Rayn-Vestfaliya ştatının baş naziri Armin Laşetin şənbə günü daşqının ən çox təsirinə məruz qalan Erftştatı ziyarət edəcəyi gözlənilir.

Laşet hakim CDU partiyasının sentyabrda keçiriləcək seçkidə namizədi olacaq. Daşqınların vurduğu zərər seçkidən öncə iqlim dəyişikliyi ilə bağlı debatları intensivləşdirə bilər.

Alimlər uzun müddətdir söyləyirlər ki, iqlim dəyişikliyi daha ağır leysan yağışlara səbəb olacaq. Lakin bu dəfəki leysan yağışlarda iqlim dəyişikliyinin rol oynayıb-oynamadığını müəyyən etmək azı bir neçə həftə tədqiqat aparılmalıdır. Bu barədə cümə günü alimlər xəbər verib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG