Accessibility links

Almaniyada keçirilən parada avtomobillə hücum edilib


Bazar ertəsi Almaniyanın qərbində yerləşən Volkmarsen şəhərində keçirilən karnavala bir şəxsin avtomobil vasitəsi ilə hücum etdiyi bildirilir. Hadisə nəticəsində 10 nəfərin yaralandığı bildirilir. Polis sürücünün həbs edildiyi haqda xəbər verib.

Polis baş verən hadisənin qəza və ya qəsdən törədilməsi barədə hələlik məlumat verməyib.

Almaniyanın xəbər saytı HNA şahidlərə istinadən xəbər verib ki, sürücü qəsdən uşaqları hədəfə alaraq tam sürətlə izdihama doğru hərəkət edib.

Baş verən bu hadisə bir həftə əvvəl silahlı şəxsin 11 nəfəri öldürməsindən sonra baş verən ikinci insidentdir.

Qonşuluqdakı Kassel şəhərinin polis nümayəndəsi Dirk Richter bildirib ki, şəhərdə olan bütün təcili yadım və polis briqadaları hadisə yerinə cəlb edilib.

Almaniyanın qərb bölgəsində xüsusi ilə Raynland, Köln və Düsseldorf şəhərlərində olduqca populyar olan bu karanavala on mindən çox insan qatılır.

İnternetdə yayımlanan həvəskar fotolarda insidentə səbəb olan gümüşü rəngli Mercedes-Benz avtomobilinin ətrafında polis işçilərinin toplaşdığı görünür.

Almaniya mediası xəbər verir ki, sürücü qəsdən polis tərəfindən paradın keçirildiyi ərazidə qurulan plastik maneələri aşaraq izdihamın içinə daxil olub.

XS
SM
MD
LG