Accessibility links

Almaniyada koronavirus pandemiyasının qurbanlarının xatirəsi anılıb


Almaniya kansleri Angela Merkel Berlində koronavirus pandemiyasının qurbanlarının xatirəsinin anımı mərasimində, 18 aprel, 2021.
Almaniya kansleri Angela Merkel Berlində koronavirus pandemiyasının qurbanlarının xatirəsinin anımı mərasimində, 18 aprel, 2021.

Almaniyada koronavirus pandemiyasının təxminən 80 min qurbanının xatirəsinin anımı mərasimi təşkil edilib. Prezident Frank-Valter Ştaynmayer ölkəni ailələrin kədərini bölüşmək üçün koronavirusla əlaqədar məhdudiyyətlərə görə dərin fikir ayrılıqlarını kənara qoymağa çağırıb.

Berlinin Kayzer Vilhem kilsəsində mərasimdə kansler Angela Merkel də iştirak edib.

Anım mərasimi Almaniyanın səhiyyə rəsmilərinin ölkədə koronavirus səbəbi ilə daha çox insanın həyatını itirəcəyi ilə bağlı xəbərdarlıq etdiyi vaxt keçirilib.

Xəstəliklərə nəzarət agentliyi RKI-nin verdiyi məlumata əsasən, son 24 saat ərzində koronavirusa 19 185 yeni yoluxma halı qeydə alınıb, daha 67 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 79 914-ə çatıb.

Fransada aprelin 24-dən etibarən Braziliyadan gələn bütün səyahətçilərdən 10 gün ərzində karantin tətbiq edilməsi tələb ediləcək.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin məlumatına görə, Braziliyada COVID-19-a 13,9 milyon yoluxma halı qeydə alınıb. Yoluxma hallarının sayı yalnız ABŞ və Hindistanda daha çoxdur - bu rəqəmlər müvafiq olaraq 31,6 milyon və 14,5 milyon təşkil edir.

Braziliyada COVID-19 nəticəsində ölənlərin sayı Cons Hopkins Koronavirus Resurs Mərkəzinə əsasən, 371 000 nəfərdir. ABŞ COVID-19 nəticəsində ölənlərin sayının ən yüksək olduğu ölkədir – pandemiya başlayandan ölkədə xəstəlik nəticəsində 566 893 nəfərlə həyatını itirib.

Bazar günü Hindistan son 24 saat ərzində koronavirusa 261 500 yeni yoluxma halının qeydə alındığını bildirib.

Bu arada, ölkə əhalisinin təxminən 60 faizi COVID-19-a qarşı peyvənd aldığı vaxt İsrail bazar günü açıq məkanlarda maska taxmaq tələbini aradan qaldırır. Lakin ölkədə qapalı yerlərdə maska taxmaq tələbi hələ də qalır.

Şənbə günü dünya boyu COVID-19 nəticəsində ölənlərin sayı 3 milyonu keçib.

Ümumdünya Səhiyyə Təşkilatını baş direktoru Tesros Adhanom Qrebreyusus keçən həftə son iki ay ərzində həftəlik rəqəmlərin iki dəfə artaraq, pandemiyanın başlamasından bəri ən yüksək səviyyəyə qalxdığını deyib.

O, infeksiyaların sayının altı həftə azaldıqdan sonra fevral ayında davamlı olaraq artmağa başladığını bildirib.

XS
SM
MD
LG