Accessibility links

Almaniyada koronavirusdan sağalan insanların sayı yeni yoluxanlardan çoxdur


Almaniyanın Səhiyyə Naziri Cens Spahn
Almaniyanın Səhiyyə Naziri Cens Spahn

Almaniyanın səhiyyə naziri cümə günü ölkədə COVID-19 xəstəliyinin yayılmasının artıq idarə edilə biləcəyini söyləyib, çünki virusdan sağalmış insanların sayı yeni yoluxanların sayından çoxdur.

Cümə günü Berlində bir mətbuat brifinqində çıxış edən səhiyyə naziri Cens Spahn digər ölkələrlə müqayisədə Almaniyada vəziyyətin yaxşı olduğunu söyləyib. O, bildirib ki, bu fakt onları qürurlandırır, amma həyəcanlandırmır.

Bu həftə Almaniya kansleri Angela Merkel gələn həftənin əvvəlindən etibarən bəzi dükanların açılmasına icazə verərək məhdudiyyətləri azaltmaq üçün ilkin addımların atılacağını söyləyib. Ancaq həm Merkel, həm də Spahn məhdudiyyətlərin yalnız tədricən qaldırılmalı olduğunu söyləyib.

Spahn Almaniyanın 1.7 milyondan çox koronavirus testi keçirdiyini vurğulayıb. Onun sözlərinə görə, onlar bununla xəstəliyi idarə etmək qabiliyyəti əldə edib.

Almaniya səhiyyə nazirliyinin veb saytı bildirir ki, ölkədə cəmi 133.830 virusa yoluxma və 3.868 ölüm halı qeydə alınıb.

XS
SM
MD
LG