Accessibility links

Almaniyada QAnon tərəfdarları artmaqdadır


Almaniyada QAnon tərəfdarları artmaqdadır
please wait

No media source currently available

0:00 0:02:58 0:00

Almaniyadakı COVİD böhranının gözlənilməz nəticəsi QAnon sui-qəsd nəzəriyyəsinin ardıcıllarının sürətlə artmasıdır. Hökumətlərin yaxşı niyyətlərinə şübhə ilə yanaşan kütlənin çoxluğuna görə Almaniya hazırda ABŞ xaricində ikinci ən böyük ölkədir.

Bu yay Berlində və Almaniyanın digər şəhərlərində hökumət tərəfindən koronavirusla mübarizə tədbirlərinə qarşı böyük etirazlar oldu.

Yürüşlər müxtəlif siyasi baxışlı etirazçıları cəlb etdi, lakin ilk dəfə olaraq Almaniyanın küçələrində 2017-ci ildə ABŞ-da yaranan genişmiqyaslı, ultra-sağçı konspirasiya nəzəriyyəsi olan QAnon tərəfdarları da yürüşlərə qatıldı.

“QAnon hərəkatının bir çox nəzəriyyəsi əslində yeni deyil. Onların əksəriyyəti artıq mövcud olan konspirasiya hekayələrinin yalnız pazl hissələridir. Ancaq pazl hissələrini bir araya gətirmək istəsəniz, söhbət əsasən dünyanın pedofil satanistlər elitası tərəfindən idarə olunması haqda gedir” - deyə, Amadeu Antonio Fondunun nümayəndəsi Miro Ditriç bildirib.

QAnonun Almaniyadakı tərəfdarlarıının sayı COVID-19-un yayılmağa başlaması ilə sürətlə artdı.

“Pandemiyaya qədər Telegramdakı ən böyük kanalda 20,000 nəfər var idi: indi 125, 000 nəfərdir. Pandemiyanın başlanması ilə kanal hər həftə iki dəfə artdı” - deyə, Miro Ditriç əlavə edib.

Pol Midlhof inanır ki, hökumətin COVID-19-a qarşı görülən tədbirlərin presedenti olmayan miqyasının bəzi insanları konspirasiyaya inanmağa sövq etdi.

“Alman cəmiyyətində bir qrup insan bu tədbirlərin düzgün olmadığına, hökumətin həddindən artıq dərinə getdiyinə və yalnız pandemiya ilə mübarizə aparmaq üçün deyil, başqa bir gizli səbəbə görə tədbirlərin həyata keçirildiyinə inanır. Və bu gizli səbəbdən QAnon bütün ölkədə gördüyümüz nümayişlərə qoşulur” - deyə, ‘Yeni Sağçılar Şəbəkələri’nin müəllifi Pol Midlhof qeyd edib.

Maliyyə müşaviri Oliver Ginsberq COVID-ə qarşı görülən hökumət tədbirlərinə şübhə ilə yanaşan fəalların qrupu olan “Citizen’s Initiative”in (Vətəndaşın təşəbbüsü) üzvüdür.

“Bir çox insan hökumətin bizə söylədiklərindən şübhələnir və bunun üçün əsaslı səbəbləri var, çünki əvvəllər dəfələrlə yalan danışılıb. Əlbəttə ki, insanlar şübhələnir və sonra başqa məlumatlar və digər məlumat mənbələri və baş verənlərə dair digər izahatlar axtarırlar” - deyə, Oliver Ginsberq qeyd edib.

Çoxları bunu kənar yanaşma hesab etsə də, QAnonun artan davamçılarının təsir darəsi bəzi insanlarda təhlükəsizliklə bağlı problemlər yaradır.

“Bu onlayn icmalar insanların radikallaşmasını asanlaşdırır. Almaniyadakı sorğulara baxsaq, insanların təxminən 30 faizinin konspirasiya miflərinə həssas olduqlarını görürük və mən düşünürəm ki, böhranlı anlarda bu miflər konspirasiya söhbətləri ilə aktivləşir və insanlar tələyə düşür” - deyə, Miro Ditriç bildirib.

Ölkədə ikinci virus dalğasının başlaması ilə Dittriç və başqaları bir çoxunun indi qəribə hesab etdiyi nəzəriyyənin yayılmağa davam edə biləcəyinə və xalqın hökumətə olan inamını sarsıda biləcəyinə dair hər hansı işarəni diqqətlə izləyirlər.

XS
SM
MD
LG