Accessibility links

Almaniyada qaz partlayışı - 1 ölü, 11 yaralı


Blankenburg
Blankenburg

Cümə günü Şərqi Almaniyanın Blankenburg şəhərində evin içində olan qaz balonlarının partlaması nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Hadisə ilə bağlı keçirlən mətbuat konfransında ölən şəxsin 78 yaşlı ev sahibi olduğu aşkarlanıb.

Yaralılar ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirlib. Bir neçə polis işçisi isə dəm qazından xəsarət almaya görə müalicə olunub.

Partlayış baş verəndən qısa müddət sona hadisə yerinə gələn şəhər meri, "Gəldiyimiz zaman viranəlik mənzərəsi ilə qarşılaşdıq" deyə bildirb.

Yerli polis bildirir ki, hadisənin ilk əvvəl hansısa döyüş sursatının partlaması nəticəsində baş verdiyini güman ediblər.

Partlayışın miqyası haqda danışan yanğınsöndürmə idarəsinin əməkdaşı deyib ki, hadisə yerinə gələrkən yol kənarında 3 nəfərin huşsuz vəziyyətdə uzandığını görüblər.

Partlayış beşmərtəbəli binanın bir hissəsini parçalayıb, həm küçə, həm də həyətyanı sahələrə ziyan vurub. Orada yaşayan 50 nəfərin hamısının yeni bir evə köçürülməyə ehtiyacı oldunuğunu deyən mer Heiko Breithaupt həmçinin binanın dayanıqlığının yoxlandığını da əlavə edib.

Rəsmilərin sözlərinə görə, hadisə evlərin qızdırılmasında istifadə olunan mərkəzi istilk sisteminə qoşulan qaz balonlarının partlaması nəticəsində olub. Partlayışdan sonra xüsusi partlayıcı qruplar polisə köməyə yollanıb.

Binanın ətrafı bağlanıb. Ətrafda yaşayan sakinlər və yaxınlıqdakı uşaq bağçasında olan uşaqlar təxliyyə olunub.

XS
SM
MD
LG